beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mütəxəssis məsləhəti

Dərinizin sağlamlığına diqqət ayırmalısınız, onun xəstələnməsinin ilk nişanələrində isə anındaca həkimə müraciət etməlisiniz.
Yuyunmadan dərhal sonra küçəyə çıxmaq məsləhət görülmür – bu, dərinin kobudlaşmasına gətirib çıxara bilər.
Tərkibində qələvi turşusu böyük miqdarda olan sabunlardan istifadə tövsiyə edilmir.
Günəşin altında uzun müddətli gəzinti zamanı üzə nazik qat günəşdən müdafiə kremi çəkmək məsləhətdir.
Gecə soyuq su ilə yuyunma məsləhət görülmür, bunu yatmazdan 1-2 saat əvvəl etmək pis olmazdı.
Hormonal tərkibli kremlərdən yalnız həkimin göstərişilə istifadə məqbuldur, belə ki, onlar sağlamlığa ziyan vura bilər.
Evi yığışdırmağa başlamazdan öncə üzə nazik qat yağlı krem çəkmək məsləhətdir. Sonra onu salfetlə silmək və ya, ümumiyyətlə, yumaq olar.
Çillərə qarşı vasitəni gündən qorunma kremlərilə qarışdırmaq qəti qadağandır.
Kosmetik vasitələrdən istifadə edərkən üzərində yazılan göstərişlərə əməl edilməlidir.
Gecə yatmazdan əvvəl makiyajı silmək zəruridir.
Əgər üz və ya gözlər şişibsə, lanolin tərkibli vasitələrdən istifadə etmək olmaz.


Tarix: 23.12.2012 / 14:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri