beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağıllı qadınların əri daha uzunömürlu olur


Ömrünü uzatmaq istəyən kişilər ağıllı, savadlı qadınla ailə qurmalıdır. Stokholm universitetinin tədqiqatçıları belə düşünürlər. Tədqiqatçılar 1,5 milyon cütlük üzərində aparılan araşdırmadan sonra belə qənaətə gəliblər. Onlar əmindirlər ki, ailədə kişinin uzunömürlülüyü böyük ölçüdə onun xanımının intellektual səviyyəsi, qabiliyyəti, savadlılıq dərəcəsindən asılıdır. Bununla yanaşı, kişinin intellektual səviyyəsinin qadının ömrünün uzunluğuna ciddi təsir göstərmədiyi də üzə çıxıb. "Ənənəvi olaraq ailədə qadınlar kişilərlə müqayisədə daha çox məsuliyyət daşıyırlar. Odur ki evin xanımının savadlılıq səviyyəsi, intellekti onun ərinin qidalanması, həyat tərzi ilə bağlı qərarlar qəbul etməsində əhəmiyyətli rol oynayır", - deyə tədqiqatçılar bildirir.
Bununla yanaşı, alimlər qadının ömrünün uzunluğuna təsir edən kişi əməlinin olduğunu da üzə çıxarıblar. Bu, ailə başçısının əməkhaqqının səviyyəsidir. Sən demə, kişi evə nə qədər çox pul gətirirsə, xanımın çox yaşamaq şansları da o qədər artır. Çünki bu halda qidalanma, tibbi xidmət, istirahət və sairəyə daha çox pul ayrılır ki, bu da sonda müsbət nəticəsini göstərir.


Tarix: 22.12.2012 / 17:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 215 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri