beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin qəlbinə girmək üçün yeddi məsləhət


Kişilər çox zaman qadınlara qayğı göstərməyə daha çox üstünlük versələr də, bəzən bunun əksini də istəyirlər. Sadəcə bunu büruzə vermirlər. Psixoloqlar belə bir nəticəyə gəlib ki, qadınların kişilərə nisbətən ürəyini tez ələ almaq olur, amma kişilərdə bu əksinədir.
Qadını ələ almaq üçün 1 dəstə gül, bahalı parfüm firmasından bir ətir, yaxud da yumşaq oyuncaq da kifayət edir. Kişilərdə isə bu bir az qəliz məsələdir.Buna görə də Psixoloqlar qadınlara bir neçə məsləhət verməklə , onlara aşağıdakı qaydaları tətbiq etməyi məsləhət görür.

1. Onun üçün geyim tərzinizi dəyişin - Əgər siz "Nə zaman nə istəyirəmsə, onu geyinirəm"-deyə fikirləşirsinizsə, sadəcə 1 neçə gün dəyişiklik edin və sadəcə onun sevdiyi tərzdə geyinin. Alış-verişə onunla çıxın, bu dəfə o sizin üçün geyim seçsin, Onun seçimi ilə tam razılaşın. Bu zaman yadda saxlayın ki, siz bunu özünüz üçün yox, onun üçün edirsiniz. Belə olacağı təqdirdə, siz onun kiçik fantaziyalı dünyasının tək sakini olacaqsınız. Hərçənd təbiətcə kişilər daha çətin bir sxemdə proqramlaşdırılıb, siz bu sxemi sadələşdirin.

2. Fiziki hərəkətlərlə diqqətini cəlb edin - Əgər siz onunla küçədə, toyda, müəyyən bir tədbirdə qarşılaşırsınızsa, gözlərinizi ani olaraq onun üzərində gəzdirib, tez də çəkin. Qısa müddətli baxışınız onun üçün həm yaddaqalan həmdə sizin onun ürəyinə yol açmasına kömək edə bilər.

3. Heç bir qadağa qoymadan dostları ilə maraqlı bir gecə keçirməsini təşkil edin. Sizə qəribə də gələ bilər ki, bu komandada romantika yoxdur, yaxud siz diqqətdən kənarsız. Təbiətdə qəribə qayda var: it-it üçün, canavar isə canavar üçün. İnsan da nə qədər səs-küylü məclisdə olsa belə, öz sevdiyi üçün, bu gecəni təşkil edən üçün darıxacaq və nəzərində ona olan hörmətə eynilə cavab verəcək.


4. Ona necə də güclü olduğunu xatırlat - Kişilər heç zaman özlərini tərifləməyi sevmirlər, ələlxüsus da qadın qarşısında güclü olduqlarını heç zaman dilə gətirmirlər. Amma bu o demək deyil ki, kişilər tərifə malik və qadir olduqları barəsində kimdənsə tərifə etiraz edirlər, əksinə, bunu xoşlayırlar. Onların hamısı qəhrəman olmağa can atırlar. Bu işdə onlara stimul da verə bilərsiz.

5. Ona hansısa bir məkanda istirahət etməsi üçün bilet bağışlayın - əvəzində nə istəyirsiz? Yadda saxlamaq lazımdır ki, kişi hədiyyə alan zaman mütləq hədiyyəni qaytarmağa meyl etmir. O, sadəcə xatırlandığında və qayğı gördükdə 2 qat əvəzini çıxmağa çalışır.

6. Evdənkənar həyatı ilə maraqlanın - biz elə bir cəmiyyətdə yaşayırıq ki, evdəki işlərdən fərqli olaraq evdən kənarda olduqda belə başqa insanların əhatəsinə düşürük. Əgər o sizə hər şeyi danışmırsa, deməli qaranlıq məqamlar da var, yaxud o sizə demək istəmir. Bununla özünüz maraqlanın. Misal üçün iş yerinə gözlənilməz sürpriziniz və naharı bir yerdə etmək dəvəti, yaxud da işdən sonra iş yoldaşları ilə birgə evə dəvət, onun ürəyincə olacaq. Siz onu yenidən kəşf edəcəksiniz.

7. Ona hər hansısa bir sirrinizi açın - kişilər dostluğa hər zaman hazırdırlar. Əgər siz ona sirrinizi açırsınızsa, onu ürəyinizə daha da yaxın buraxmağa çalışın. Ona inandığınızı və etibar etdiyinizi sübut edin. Cavab olaraq siz də onun sirrini artıq biləcəksiz


Tarix: 22.12.2012 / 16:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 589 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri