Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sellülitlərdən qurtulmağın yolları

Düşünməyin ki, yalnız kök xanımların bud, omba və qarınlarında "portağal dərisi" olur. Bu problemlə qədd-qamətli xanımlar da rastlaşır. Bu, sırf qadınlara aiddir və cinsiyyət hormonlarının

təsirilə meydana gəlir.



Orqanizmin hasil etdiyi şlaklar dərialtı birləşdirici toxumada yığılır ki, nəticədə dəri altında portağal qabığına bənzər nahamarlıq və təpələr əmələ gəlir. Sellülit birdən yaranmır, limfaların dövranı və toxuma-mineral balansı arasındakı disbalans illərlə meydana gəlir. Sellülit ana xətti ilə nəsildən-nəslə keçir. Yaranmasına əsas səbəb isə hormonla pozğunluq, düzgün qidalanmama, stress, siqaret, spirtli içki aludəçiliyidir.

Qadınların 95%-i sellülitdən əziyyət çəkir. Bəziləri bunu problemə çevirməsə də, digərləri dəhşətli pəhrizlərdən tutmuş, cərrahiyyə əməliyyatdına qədər bütün vasitələrdən istifadə edir.




Antisellülit kremlər

Problemli sahələrə antisellülit vasitələrlə qulluğa nə qədər tez başlasanız, effekt bir o qədər yaxşı olacaq. Bu gün elə qadın tapılmaz ki, antisellülit kremlər barədə eşitməsin. İstənilən kosmetik kompaniya antisellülit kremləri istehsal edir. Amma bu kremlərdən düzgün istifadə etmək lazımdır. Ən başlıcası antisellülit kremini yumşaq massaj hərəkətlərilə sürtmək lazımdır. Bu yolla bir güllə ilə iki dovşanı vurmuş olacaqsınız-həm özünüzü massaj edəcək, həm də kremin antisellülit xüsusiyyətini daha yaxşı göstərməsinə kömək etmiş olacaqsınız. Ən effektiv kremlər tərkibində A vitamini, badam, müxtəlif mikroelementlər, kofein və fermentlər olanıdır. İş ondadır ki, belə kremlər antisellülit effekt verməklə yanaşı, həm də dərinin strukturunu yaxşılaşdırır. Bu kremlərin nəticəsi tez görünsə də, onlardan sellülitin 1-ci mərhələsində istifadə etmək məsləhətdir. Antisellülit kremləri sizə sellülitin başlanğıc mərhələsində kömək edəcək. Nəticəni isə istifadədən bir neçə həftə sonra görəcəksiniz. Unutmayın ki, sellülitdən qurtulmaq üçün təkcə kremlər kifayət deyil.



Antisellülit pəhriz

Sellülitin yaranmaması üçün düzgün qidalanma mütləqdir. Sellülozla (yarmalar, iri üyüdülmüş çörək), vitamin və minerallarla (süd, yağsız balıq, tərəvəz, meyvə) zəngin olan ərzaqlar yeyin.Yunan qabağı (kabaçok), kök, sitrus meyvələrinə, qara üzümə, quşüzümünə xüsusi maraq göstərin. Belə ki, onlarda yağ mübadiləsini tənzimləyən bioloji aktiv maddələr var.



Maye qəbulu

Gündə 1,5-2 litr maye qəbul edin, sellülitlə zədələnən toxuma susuzluqdan əziyyət çəkir. Təbii şirələr, itburnu dəmləməsi, yaşıl çay için. Amma soyuq halda yox. Çünki soyuq maye cana çətin hopur. Susuzluğu yeməkarası yatırdın, o zaman şlaklar orqanizmdən daha effektiv xaric olacaq.

*Şlakları təmizləmək üçün tozağacı yarpaqlarından hazırlanmış cövhər yaxşı kömək edəcək. Qida qəbulu arası isti cövhərdən bir stəkan içmək məsləhətdir.

*Hər gün çiyələk, qaragilə əlavə olunmuş ayran için. O, həzmetmə sistemini yaxşılaşdırır, giləmeyvələr isə piy toxumalarının strukturunu normallaşdırır.

*25q itburnunu qaynar suya töküb 10 dəqiqə gözlədikdən sonra için. Bu, orqanizmi gündəlik lazım olan C vitamini ilə təmin edir.

*Toxumalarda qalan artıq mayeni çıxarmaq üçün kök (130q) , çuğundur (70q) və alma şirələrini (70q) qarışdırıb için.


Az yeyin

*Kərə yağı, marqarın, eləcə də bitki yağlarını (zeytun yağı xaric) az qəbul edin.

*Tərkibində heyvan piyi olan ərzaqların qəbulunu azaldın.

*Şokoladdan imtina edin. Gözəllik qurban tələb edir!

*Şirniyyatlardan-tort, pirojna, keks, peçenyedən uzaq durun.

*Buterbrod, fast-food yeməklərindən yan keçin.

*Monopəhrizlərə (almalı, kəsmikli, qatıqlı) baş qoşmayın.

*Duz və çipslərin qəbulunu sıfra endirin.

*Ət və holland pendiri sellülitin əmələ gəlməsinə şərait yaradır.

Çox yeyin

*Özünüzü dovşan kimi hiss edin: tez-tez kələm yeyin. O, piyi əridir və maye qalığını orqanizmdən xaric edir.

*Meyvə və giləmeyvələrdən (çiyələk, qarağat, moruq) bol-bol yeyin. Meyvə həzmetməni aktivləşdirir və maddələr mübadiləsini yaxşılaşdırır.

*Kartof sellülitlə mübarizədə mütləqdir. O, dərini elastik edir, tərkibindəki kalium orqanizmdən mayeni xaric edir.

*Soğan piyin parçalanmasına səbəb olan dəmir, kalsium, maneziumla zəngindir. Soğanın tərkibindəki efir yağları orqanizmdən artıq mayenin çıxarılması prosesini stimullaşdırır.


Digər



*Həftədə iki, daha yaxşısı üç dəfə orqanizmi fiziki prosedurlarla yükləyin. Onlardan ən effektiv olanları : gəzinti, üzgüçülük və velosipedsürmədir. Bu. 45 dəqiqə vaxtınızı alacaq. Həftə ərzində idmana 2 saat vaxt sərf edin. Mümkün qədər açıq havada gəzin. Bunun üçün xüsusi vaxt ayırmağa ehtiyac yoxdur, alış-verişə sərf edəcəyiniz vaxt kifayətdir.



*Dəniz duzu ilə bədəni sürtmək və ya vanna qəbul etmək problemli nahiyyələrdə birləşdirici toxumaları möhkəmləndirəcək. Həmçinin bitki yağı ilə edilən masaj sellülitə qarşı güclü vasitələrdəndir.

Çimdiməklə edilən masaj xarici görünüşlə bağlı bir çox problemlərin həllidir. Bu prosedur sayəsində dəridə lazımi nahiyyələr qızarır, isinir, deməli orada qan dövranı sürətlənir.

Dərini elastikləşdirməyə və şişkinliyi aradan qaldırmağa xüsusi bükmələr məsləhətdir: müalicəvi gili isti çobanyastığı cövhəri ilə yumşaq yarma halına düşənə qədər qarışdırıb sellülitli nahiyəyə vurun. 20 dəqiqədən sonra ilıq su ilə yuyun. Bükmələrin effektivliyi problemli nahiyələrin polietilenlə örtülməsindən sonra daha da arta bilər.


Sauna

Sauna antisellülit təsirə malikdir. Belə ki, saunada olarkən yüksək temperatur və rütubətə görə qan dövramı güclənir və nəticədə limfaların axını intensivləşir. Bundan başqa, saunada orqanizm toksinlərdən təmizlənir. Saunaya mütəmadi girdikdən sonra dəri elastik və möhkəm olur. Orqanizm güclənir, üz rəngi gözəlləşir. Əgər sizdə sellülitin 1-ci mərhələsidirsə, saunaya həftədə 1 dəfə getmək kifayətdir. Amma daha problemli dərili xanımların həftədə 2-3 dəfə saunaya girmələri məsləhətdir. Saunadan sellülitin istənilən mərhələsində yararlanmaq məqsədəuyğundur. Amma bəzi adamların saunaya girməsi qadağandır. Odur ki, ahtiyatlı olun!

*Hər gün soyuq-isti kontraslı duş qəbul edin. Bu, piy toxumasında qanın mikrodövranını yaxşılaşdırır. Duşun baş hissəsini ayaqlarınız istiqamətindən ürəyinizə doğru aparın. Proseduru soyuq su ilə yaxalanma ilə bitirin.



Gimnastika

1. Xalçanın üzərində oturun. Belinizi düz saxlayın, qollarınızı dirsəkdən bükün, ayaqlarınızı isə uzadın. Ombanızla hərəkət etməyə başlayın. Ağırlığınızı gah sağ, gah da sol ayağınıza salın. İrəli və arxaya doğru 10 hərəkət edin. Bu gimnastikanı 3 dəfə təkrarlayın. Gimnastikadan 2 saat öncə qida qəbul etmək məsləhət deyil.

2. Beli üstə uzanın. Sol ayağı bükün və qaldırın. Dizinizə sağ ayağınızın topuğunu qoyun. Sonradan eyni hərəkəti o biri ayağınızla təkrarlayın (hər ayaqla 10 dəfə). Bu hərəkəti 3 dəfə təkrar edin.

3. Sağ tərəfinizdə uzanaraq sağ qolunuzu uzadın, sol qolunuzun dirsəyini yerə söykəyin. Sonra sol ayağınızı 25 dəfə qaldırın. Eyni hərəkəti sağ ayağınızla da edin. Bütün hərəkətləri bir dəfəyə etməyə çalışmayın. Yüklənməni tədricən artırın. Gündəlik məşqlərin nəticəsi 2-3 aydan sonra bilinəcək. Gözəl nəticə əldə etdikdən sonra rahatlaşıb gimnastikadan uzaqlaşmayın.


Antisellülit corab

Qalın trikotaj (70 dendən yuxarı) və zəifa masaj effektli corab ayaq boyunca təzyiqi paylaşdırır, damarların vəziyyətini yaxşılaşdırır, qan dövranını aktivləşdirir və şişkinliyin qarşısını alır. Parıltılı materiaıdan olan corab, şort və şalvarlar mikromasaj effekti göstərir, qanı damarlara ötürür və dərini gözəlləşdirir.


Tarix: 03.12.2012 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 898 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...