beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərinizi tipinə görə qoruyun

Bəzi insanlar qısa bir müddət günəş vannası qəbul etdikdən sonra bronz bir bədənə sahib olarkən, bəziləri də bir neçə dəqiqə günəşin altında qaldıqdan sonra qıpqırmızı bir bədənə sahib olarlar.

Bu səbəblə günəşin dəriniz üzərindəki təsirini müəyyən edib buna görə bir qorunma üsulu seçmənizdə fayda var.

1- Həddindən artıq həssas dərilər.
Ağ bir bədən, ağ-sarı və ya qırmızı saçlar, mavi və ya yaşıl gözlər, dəridə çillər. Bu dəri tipinə sahib olanlar ümumiyyətlə bronzlaşamaz, günəşdə qızararlar. İlk dəfə günəşə çıxarkən, 5-10 dəqiqədən çox qalmamalılar.

Günəş vannası qəbul edərkən üzlərinə qoruma faktoru 35, bədənlərinə də qoruma faktoru 30 olan məhsulları sürtməli, günəşin ən sıx olduğu saatlarda (11.00 – 16.00) əsla şapkasız və günəş eynəksiz çölə çıxmamalılar.

2- Həssas dərilər.
Açıq rəng bədən, sarı və ya qırmızı saçlar, mavi və ya yaşıl gözlər, dəridə çillər. Bu dəri tipinə sahib olanlar, tez yanmalarına qarşı çox çətin bronzlaşar. İlk dəfə günəşə çıxarkən, 10 – 20 dəqiqədən çox qalmamalılar. Günəş vannası qəbul edərkən üzlərinə və bədəninizə qoruma faktoru 20 – 30 olan məhsulları sürtməli, mütləq suya dayanıqlı məhsulları seçməlilər. Yüngül bronzlaşmış olanlar, qoruma faktoru 15 olan məhsulları istifadə edə bilərlər. Saat 11.00 – 15.00 arasında günəşə çıxmaqdan çəkinməlidirlər.

3- Az həssas dərilər.
Açıq, çəhrayı dəri, mavi və ya yaşıl gözlər. Günəş vannası qəbul edərkən qızarmalarına baxmayaraq bronzlaşmayı bacara bilməzlər. İlk dəfə günəşə çıxarkən, 15 – 25 dəqiqədən çox qalmamalılar. Bu dəri tipinə sahib olanlar, günəş vannası qəbul edərkən qoruma faktoru 10 olan məhsulları seçməli və saat 11.00 – 15.00 arasında kölgədə və ya çətir altında oturmalılar. Bronzlaşanlar, günəş vannası qəbul edərkən qoruma faktoru 8 olan məhsulları da seçim edə bilərlər.

4- Normal dərilər.
Buğdayı, tünd sarı və ya qumral saçlar, mavi, yaşıl və ya qəhvəyi gözlər. Ümumiyyətlə tez bronzlaşar və günəş yanığınına məruz qalmazlar. İlk dəfə günəşə çıxarkən, 20 – 30 dəqiqədən çox qalmamalılar. Bu dəri tipinə sahib olanlar, günəş vannası qəbul edərkən qoruma faktoru 8, su idmanları edərkən qoruma faktoru 10 və suya qarşı olan məhsulları seçməlilər. Yüngül bronzlaşmış olanlar, qoruma faktoru 6 olan məhsulları istifadə edə bilərlər.

5- Problemsiz dərilər.
Əsmər bədən, tünd qumral və ya əsmər saçlar, qəhvəyi gözlər. Tez bronzlaşar və günəş yanığı nədir bilməzlər. Amma yenə də günəşə ilk çıxdıqlarında 30 – 40 dəqiqədən çox qalmamalılar. Problemsiz bir dəriyə sahib olanlar, günəş vannası qəbul edərkən qoruma faktoru 6 olan məhsulları seçə bilərlər.

6- Allergik dərilər
Dərinin günəşə qarşı allergik olmasının səbəbi; UVA şüaları və sərbəst radikallardır. Bu səbəblə mütəxəssislər, günəşə qarşı allergik bir dəriyə sahib olanların, tətilə çıxmadan üç həftə əvvəl, həftədə 2 – 3 dəfə solarıma girmələrində fayda olduğunu söyləyirlər.

Allergik olan dərilər, günəş vannası qəbul edərkən qoruma faktoru 20 – 25 olan məhsulları seçməlilər. Xüsusilə çiyin, burun və ayaq dabanlarına bol miqdarda qoruyucu krem sürtməli və hər saat başı bunu təkrarlamalıdılar.


Tarix: 26.12.2012 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 379 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri