beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aksesuar seçimində əsas məqamlar

Aksesuar seçimində əsas məqamlar.

Hər paltara, hər saç şəklinə, gedilən hər mühitə görə bijüteriya seçmək ustalıq tələb edir.

Bijüteriya seçimi çox əhəmiyyətli bir mövzudur. Əvvəl bədənimizi tanımalıyıq; sonra o gün geyəcəyiniz paltarınızı yaxşı analiz edib ən uyğun aksesuarlarla tamamlamağı bilməliyik.Bijüteriya başlığı altında birdən çox mövzu toplanır və hamısının seçkisində fərqli incə nöqtələr var. Bir paltarın əskiksiz və sahibinin şəxsiyyətini əks etdirən son halını alması üçün bijüteriya və aksesuar böyük rol oynayır. Boyunbağı, sırğa, qolbaq və üzük hamısını seçərkən ayrı-ayrı diqqət etməliyik. İndi hamısını tək-tək ələ alaq və araşdıraq ...Boyunbağı seçimi ilk təəssürat üçün çox əhəmiyyətlidir. Öz bədəninizi tanıyıb seçdiyiniz bijüteriya kolleksiyanızı ortaya töküb ayna qarşısında bir az vaxt keçirib ən doğru boyunbağını seçə bilərik.Sırğa seçimi gün boyu rahatlıqla gəzdirə biləcəyimiz ağırlıqda və formada olmalıdır. Saçlarımız açıqdırsa çox göz qarşısında olmayacaq, ancaq saçlarımız yığılıdırsa boynumuzdakı boyunbağıyla birlikdə sırqamız da ilk təəssürat üçün əhəmiyyətli bir vəzifə daşıyırlar. Boynumuzun incəliyi, qısalığı-uzunluğu kimi bir çox məqamlara diqqət yetirib ən doğru seçim edilməlidir.Üzüklər isə əllərimizlə çox ön planda olduğu işlər xaricində çox da gözə batmazlar. Ancaq unudulmaması lazım olan bir qadının ən əhəmiyyətli və həyat şəklindən şəxsiyyətinə hər mövzuda məlumat verən yeri əlləridir. Baxımlı əllər və tərz sahibi üzüklər sizi cazibədar göstərəcək.



Saç düzümü şəklindən, toplama və darama modelimizə qədər hər nöqtə bijüteriya seçimimizde əhəməiyyət daşımalıdır.



Qısa saçlı qadınlar necə aksesuarlar seçməlidir?Qısa saçlı qadınlar çox iddialı boyunbağını rahatlıqla daşıya bilər. Uzun bir boya sahib qadınlar hər cür boyunbağı istifadə edə bilərlər. Qısa saçlı və kütləvi qadınlar, boynu uzun və incə olmayan qadınlar çox dəbdəbəli və böyük boyunbağıdan uzaq durmalıdırlar. Qısa saçlı qadınlar iri və iddialı sırğaları rahatlıqla istifadə edə bilərlər.



Uzun saçlı qadınlar necə aksesuarlar seçməlidir?Seçimlər çox olmaqla birlikdə bədən ölçüləri də göz qarşısında tutularaq bijüteriya seçilməlidir. Dəri rəngi, saç rəngi və kilo çox əhəmiyyətlidir. Tünd bədənli və tünd saçlı qadınlar rəngli daşlarla hazırlanmış aksesuar seçə bilərlər. Uzun və dəbdəbəli sırğalar istifadə edə bilərlər. Çox xüsusi və dəbdəbəli dizaynlı boyunbağını rahatlıqla uzun saçın avantajından faydalanaraq istifadə edə bilərlər.



Toppuz saç modeliylə istifadə etmək üçün hansi aksesuarları seçməliyik?Üz xətlərini dəqiq şəkildə ortaya çıxaran bir model olduğundan ön plana çıxarmaq istədiyimiz aksessuarı yaxşıca qərar verərək vurgulamalıyıq. Boyuna gizli gözəllik verən bir saç modelidir toppuz. Boynun ön planda olduğu bu modeldə uzun bir boya sahibsinizsə onda uzun bir sırğa istifadə edə bilərsiniz. Orta ölçüdə bir boya sahibsinizsə orta uzunluqda bir sırğa istifadə etməliyik.



Gediləcək yerə görə bijüteriya seçimləri də çox əhəmiyyətlidir. Bu meyarlara görə nələrə diqqət etməliyik?



Şam yeməyinə gedərkən necə seçim etməliyik?Paltarla uyğunluğu olmaqla yanaşı, gedəcəyimiz yerə uyğun olan bir bijüteriya seçilməlidir. Çox gözəl bir yerə dəvətliysək rəng, forma, stil, toxuma çox əhəmiyyətlidir. Paltar qədər aksesuar da çox rahat və qəşəng seçilməlidir. Dəbdəbəli və işıltılı daşlardan hazırlanmış, qızıl ya da platin aksesuarlar istifadə edilməlidir ki, o işıqlandırmaların altında lazımi qədər işıq saçasınız.



İdman üslubu ilə necə aksesuarlar seçməliyik?Rahat və yüngül formlardaki aksesuarlar istifadə edilməlidir. Ancaq yüngül olması ucuz görsənməsi demək deyil. Keyfiyyətli duruşa sahib təbii daşlardan da seçim edilə biləcək gümüş və ya incə zəncir qızıl materiallı aksesuarlar da istifadə edilə bilər. Gündəlik rahatlığa ən çox uyğunlaşma təmin edəcək bijüteriya materialları dəri, incə zəncirlər və yüngül formalı iplərlə incə toxunuşlu ipək parçalardır.



Paltarların rənglərinə görə necə aksesuarlar seçməliyik?Tünd rəng paltarlar geyinmişiksə canlı rənglərdə aksesuarlar seçəbiləcəyimiz kimi eyni tonlarda da bijüteriya seçərək çox da diqqətləri üzərimizə çəkmədən bir gözəllik yarada bilərik. Tünd rəng paltarlara qırmızı, zümrüd yaşılı, qəhvə rəngli aksesuarlardan istifadə edilə bilər. Açıq rəng paltarlarda isə həm kontras tutula bilər həm də eyni rəngin tonlarında aksesuar seçərək romantik bir tərz yarada bilərsiniz.



İş paltarlarınızı tamamlayacağımız aksesuarlar necə olmalıdır?Dövlət dairəsi, məmurluq kimi ciddi işlərdə çalışan qadınlar üçün klassik, incə xəttli, düz və sadə aksesuar olmalıdır. Gün içində rahatlıq və gözə batmamak əhəmiyyətlidir. İnci boyunbağı və sırğalar ən asan kombinə edilə biləcək aksesuarlardır. Və hər sektordan qadının rahatlıqla istifadə edə biləcəyi aksesuarlardır. Sənətlə bağlı sahələrdə çalışan və yüksək templi iş sahələrindəki qadınlar üçün isə daha dəbdəbəli aksesuarlar istifadə edilə bilər.


Tarix: 07.12.2012 / 20:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 641 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri