beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

6 yaşlı qızı 43 yaşlı kişiyə ərə vermək istədilər

Pakistanın Svat vilayətində iki ailə arasındakı qan davasını çözmək üçün əcaib çıxış yolu tapmışdılar.

Milli.Az Radio Liberty-yə istinadən bildirir ki, Bahadur və Əzam Xan ailələri razılaşandan sonra qərarı kəndin ağsaqqallar şurasına, yəni "cirqa"ya bildiriblər.

Aşari kəndinin cirqasının qərarına görə, Əhməd Əzam Xanın qızı, 6 yaşlı Baçaqay Bibi gələn həftə Mümtaz Bahadurun oğlu Saranzəbə ərə getməliydi.
Qərarı qızın əmiləri Davud və Ömərzada xüsusilə aktiv şəkildə dəstəkləmişdilər.
Lakin Baçaqay Bibinin atası sonradan fikrini dəyişib, 6 yaşlı qızını 43 yaşlı kişiyə ərə vermək istəməyib.
Cirqanın qərarından qorxan Əzam Xan polisə şikayətlənərək "Qızımı xilas edin!" deyib.
Bundan yerli polis xəbər tutandan sonra cirqanın bir neçə üzvü, habelə "sövdələşmə"yə razılaşmış atalar həbs olunublar.
Toy noyabrın 11-də olmalıydı.
Cirqa üzvləri Ömərzada, Davud və Xanzadanın dediklərinə görə, onların qərarı "Şəriətə uyğun" olub.
Cirqanın yeni qərarına görə, Bahadurun ailəsinə "qan pulu" qismində 500 min pakistan rupisi ödəməlidir.

Polis Əzam Xanın ailəsini kənddən çıxararaq mühafizə etmək üçün naməlum istiqamətə aparıb


Tarix: 29.11.2012 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 499 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri