beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbii və Təsirli Makiyaj

Üzünüzdə makiyaj yoxmuş kimi təbii, yeni makiyaj etmisiniz kimi baxımlı görünmək istəyirsinizsə; təkliflərimizə nəzər salın! Daha parlaq gözlər, dolğun kirpiklər üçün makiyaj sirləri:

Dərinizi Nəmləndirin!

Gözəl və baxımlı görünmənin ən fundamental addımı sağlıqlı bir dəriyə sahib olmaqdır. Həm yaz həm də qış mövsümündə dərinizin ehtiyaclarını qarşılayacaq bir nəmləndirici krem möhtəşəm görünmənizi təmin edəcək. Makiyajınızın hamar olması üçün təmiz dəriyə nəmləndirici krem tətbiq edib təxminən 2 dəqiqə gözləməniz kafi olacaq. Nəmləndirici kremlər; dərinizi bəsləyər, işıltı qatar…

Zəmini Hazırlayın!

Makiyaja başlamaq üçün nəmləndirici kreminizi sürtdüyünüzə görə bir sonrakı tətbiqə keçə bilərsiniz yəni tonal krem istifadəsinə! Təbii, incə quruluşlu və sıx nəm təmin edən tonal krem seçərək dərinizin gün boyu baxımlı görünməsini və nəfəs alaraq sağlamlığının qorunmasını təmin edə bilərsiniz. Tonal krem fırçasına az miqdarda kremdən götürüb üzün ortasından yanaqlara və xaricə doğru yayaraq sürtün. Əvvəl üfüqi sonra da şaquli hərəkətli tətbiqə diqqət yetirin.

Gözləriniz!

Heç makiyaj etməyə zamanınız olmasa belə kirpik üçün tuş sürmək gözlərinizi önə çıxarar və sizə möcüzəvi bir görünüş qazandırar. Kirpik üçün yaxşi markadan və həcmli göstərən tuşu makiyaj çantanızdan əskik etməyin. Kirpik üçün tuşdan ən yaxşı nəticəni götürmək üçün kirpiklərin əvvəl xarici qismini sonra iç qismindən yuxarı doğru yüngül hərəkətlərlə darayın. Beləcə daha dolğun bir görünüş qazanar.

Dodaqlarınızı Dolğunlaşdırın!

Pomada seçimində baxım edən və rəng verən məhsullar olmalıdır. İstifadə etdikdən sonra dodaqlarınızı qurudan, çatlamasına səbəb olan pomadaların, rəngini çox bəyənsəniz də istifadə etməyin. İkisini bir yerdə təqdim edən pomadalar tapa biləcəyinizdən əmin ola bilərsiniz. Pomadanızı sürtdükdən sonra dodaqlarınızın tam ortasına işıltılı bir parladıcı toxundurun. Bu hərəkət dodaqların daha dolğun görünməsini təmin edəcək.


Tarix: 25.12.2012 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 390 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri