Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tuj fırçasına badam yağı damcıladın

Tujlar ən həssas kosmetik vasitələrdən hesab olunur. Həmçinin tuj fırçaları daha sürətli quruyur. Ondan istifadə etməzdən əvvəl fırçanı bir neçə dəfə içərisinə doğru itələyib geri çəkirik. Elə zənn edirik ki, beləcə fırçaya daha çox maye gəlir. Əslində bu cür hallar fırçanın daha tez qurumasına səbəb olur. Çünki, hava vasitənin içərinə təzyiqlə daxil olur. Tujdan istifadə edəndən sonra yaxşı bağlamamaq da qurumasında çox təsirlidir.

Quruyan tuj fırçalarını yumşaltmaq üçün onun uc hissəsinə badam yağı, hind qozunun yağını və ya bir neçə damçı ilıq su damladıla bilər. Həmçinin gözlər üçün nəzərdə tutulan kremdən də bir az götürüb fırçanın ucuna vura bilərik. Bundan əlavə tuju yaxşıca bağladıqdan sonra isti suya salıb bir az saxlamaqla da fırçanın yumşalmasına nail ola bilərsiniz.

Göz karandaşlarınızı da uzun müddət istifadə etmək üçün də müxtəlif üsullar seçə bilərsiniz. Məsələn, əgər karandaşı soyuducuya qoyub sonra istifadə etsəniz göz karandaşınızın ömrü uzatmış olarsınız.


Tarix: 25.12.2012 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 303 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...