Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güclü dırnaqlar üçün məsləhətlər

Davamlı qırılan, canınızı ağrıdan və gözəlliyi pozan dırnaqlara son! ..

İş gözəllik və görünüşə gəldiyində dırnaqlar çox əhəmiyyətli bir hissəmizdir. Əllər hər zaman sağlam və parlaq görünməlidir. Çünki iş görərkən, danışarkən və.s işimizdə əllərimizdən istifadə edirik.




Gücsüz dırnaqlar isə qadınların ən çox şikayət etdiyi hallar arasında göstərilir. Dırnaqların gücsüz olması yalnız vizual deyil fiziki narahatlığa da səbəb olar.




Dırnaqları zəiflədən ən əhəmiyyətli faktorların başında təmizlik məhsulları gəlir. Bir başqa faktor isə balanssız bəslənmə, dırnaq yemə vərdişləri, keyfiyyətsiz lak istifadəsi və bəzi sağlamlıq problemləri gəlir.

Dırnaqların sağlam olması üçün təməlində yatan faktorları aradan qaldırmaq lazımdır. Qab yuyarkən və təmizlik edərkən mütləq əlcəkdən istifadə edilməlidir. Dırnaqlara lak sürtüldüyündə uzun müddət qalmamalıdır. Günlərlə laklı qalan dırnaqlar sağlam olmaz. Mütləq keyfiyyətli bir nəmləndirici istifadə edilməlidir. Lak sürmədən əvvəl altına mütləq qoruyucu lay tətbiq olunmalıdır. Çünki lakda dırnağın təbii quruluşuna zərər verə biləcək maddələr ola bilər...


Tarix: 03.12.2012 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 338 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...