beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payız mövsümünün ən dəbli saç düzümləri

Gözəl və dəbli saç düzümü yaxşı mahnı kimidir – hamının xoşuna gəlir. Saç düzümü insana yaraşanda o özünü çox xoşbəxt hiss edir.
Gözəl saç düzümü sayəsində gözləriniz işıq saçmağa başlayır və üzünüzün cizgiləri daha aydın nəzərə çarpır. Dəbli saç düzümü həm də ətrafdakıların diqqətini sizə tərəf yönəldir.

Oğlansayağı

Bu payız səliqə ilə oğlansayağı vurulmuş qısa saçlar aktualdır. Əgər üstəlik, saçlarınız parlaq və hamar olarsa, çox dəbli görünəcəyinizə şübhəniz olmasın!
Yandan dəqiq, düz tağ ayırın və saçlarınızı iki tərəfə darayın. Daha sonra güclü fiksasiyaedici vasitədən istifadə edin, bu saçlarınıza parıltı bəxş edəcək.

Bob

Bu payız ənənəvi hamar “Bob” dəbdə deyil.
Dalğavarı burulmuş saçlar gözlərinizə parıltı bəxş edəcək və sizi daha gənc göstərəcək. Belə buruqlara geniş diametrli ployka ilə nail olmaq mümkündür. Amma sonra əlinizlə buruqları bir qədər açmağa çalışın. Onda buruq saçlarınız daha təbii görünəcək.

Atquyruğu

Bu saç düzümünü yaratmaq çox asandır. İstəsəniz ön tərəfdən saçlarınızın bir hissəsini üzünüzə tökə, ya da hamısını arxaya toplaya bilərsiniz. Saçlarınızı səliqə ilə arxaya toplayın. Bunun üçün parlaq baş sancaqlarından və ya rezin əvəzinə saçınızın bir hissəsindən istifadə edə bilərsiniz. Gözəçarpan və maraqlı!

Kişilər üçün

Qıyğacı Tağ

Bu mövsümün daha bir populyar saç düzümü!
Belə saç düzümü kişilərə səliqəli görünüş bəxş edir. Üstəlik, çox asan başa gəlir. Saçlarınızı iki hissəyə ayırın və əlinizə bir az mum sürtərək, onları hamarlayın. Amma mumdan həddən artıq istifadə etməyin, əks halda, saçlarınızı yapıxdıra bilərsiniz.

Düzgün seçilmiş saç düzümü payızın dinamik insanlar üçün malxülya dövrü deyil, əksinə yeni yaradıcılıq planlarını gerçəkləşdirmək və müsbət dəyişikliklər etmək üçün ən yaxşı mövsüm olmasına daha bir sübutdur. Siz də bu payız saç düzümünüzü dəyişməklə hamıya dinamik və enerji ilə dolu insan olduğunuzu sübut edin!

Yaradıcı nizamsızlıq

Bu saç düzümü çox az vaxt aparır. Saçlarınızı qurudandan sonra onları bir neçə hissəyə ayırın və müxtəlif istiqamətlərə darayın. Nəticədə elə görünüş alınacaq ki, sanki saçlarınıza heç əl gəzdirməmisiniz.

Arxaya daranmış saçlar.
Belə saç düzümünü dünya podiumlarına çıxan bir çox modellərdə müşahidə etmək mümkündür. Bu zaman saçlar həm hamar, həm də əllə alından arxaya tərəf daranmış kimi qarışıq ola bilər.

Hər iki variant saçları orta uzunluqda olan kişilər üçün münasibdir. Axı qısa vurulmuş “kirpi” saçları heç cür arxaya daramaq olmur!


Tarix: 24.12.2012 / 18:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 475 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri