Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dodaqların Əsas Sirri – Pomada

Pomada (dodaq boyası) makiyajda son və əsas nöqtədir. Düzgün uyğunlaşdırılmış pomada üzünüzü canlandırmaqdan əlavə hətta gözlərinizin parlaqlığını da vurğulaya bilər.

Pomadanın rəngi zövqünüzə, geyiminizin rənginə, ya da dəbdə olan rənglərə görə seçilsə də, dodaqlarınızın formasını da nəzərə almalısınız. Dodaqlarınız dolğundursa, yumşaq tonlarda parıltısız pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınız nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin.
Pomadanı çəkməmişdən əvvəl dodağınızın təmiz olmasına fikir verin, əks halda reaksiya gedər və bu sızanaq və ya səpkilərlə nəticə verər.
Dodağınıza üzünüzə vurduğunuz tonal kremdən vurun daha sonra pomada çəkin. . Beləcə həm pomadanızın davamlılığı artacaq həm də silinməyə başlayanda dodaqlarınız cansız görünməyəcək.
Pomadanı dodağınıza çəkin.
Pomadanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin.
Seksual görüntü üçün dodaqlarızın ortasına rəngsiz bir parladıcı toxundurun


Tarix: 25.12.2012 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...