beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu estetik əməliyyatlar dəbdədir

Bir az ordan. bir az burdan kəsdik, vəssalam, bu estetik sizə çox yaraşacaq” – deyən bir dərzi yox, olsa-olsa çox professional estetik cərrah ola bilər. Sizə isə həkiminizə güvənmək və manekenlərin belə paxıllıq edəcəyi vücuda sahib olmağın dadını çıxarmaq qalır!

Şopinq üçün şəhərin mağazalarına çıxmısınız. çox çətin olsa da xəyallarınızdakı paltarı tapa bilmisiniz. Amma düşünürsünüz ki, paltar əyninizə dar gələcək. Nə qədər dərzi onu düzəltsə, üstündən uzun tunik geyinsəniz də, artıq çəki özünü göstərəcək.

İndi bilməlisiniz ki, işiniz dərziyə yox, plastik cərraha qalıb. Ola bilər ki, cərrah sözü L sizi qorxutsun. Amma narahat olmağa dəyməz! Texnologiya kimi plastik cərrahiyyədə də daima yeniliklər və inkişaf olur. Siz də bu imkanlardan yararlanaraq artıq çəkidən xilas olub, bir az da üz cizgilərinizə kiçik korrektələr edərək Hollivud ulduzlarının cazibəsinə sahib ola bilərsiniz. Tibb elmləri namizədi Abduləli – Əliyev yeni estetik üsulları barədə bizə məlumat verdi.

Artıq çəkidən azad olun!

Əvvəllər bədənin müxtəlif hissələrində çəki yığımı deyildiyi zaman ağıla ilk gələn ağır cərrahi əməliyyatlar olsa da, indi vəziyyət tamam başqadır. Dr. Abduləli bəy deyir ki, bölgəsəl çəkilərin aradan qaldırılması üçün artıq vaser sistemi deyilən “ultrasonic liposuction” vasitələri təcrübəsindən istifadə edilir. Bu üsulla artıq çəki olan bölgəyə ultrason verilir və o bölgədəki piy ultrasonun köməyilə əridilir. Bu üsul vasitəsi ilə yanlardakı çəkidən xilas olmaq olar. Liposuction üsulu, həm də yan qaldırma, bel oyma, qarın, döş şəkilləndirmədə və qaldırmada da istifadə edilir. Vaserin ən önəmli özəlliyi isə piy əridilən zaman bədəni içəridən bir qədər yığma funksiyasına sahib olmasıdır.


Bədəndən alınan piy isə ehtiyac olan hissə üçün istifadə oluna bilər. Unutmayın ki, bu cür əməliyyatlardan sonra iki həftə qəlibləşdirmə funksiyasına malik korsetlərdən istifadə etmək lazımdır.

Əlin cibində, burnun havada!

Mikro motor əməliyyatı burun qırılmadan həyata keçirilir. Mütəxəssisimiz bildirir ki, əməliyyat mikro-motor uclar ilə gerçəkləşir. Tamamilə qapalı B3 kamera yardımıyla endoskopik əməliyyat aparılır.

Kameranın köməyi ilə burnun içi görünür. Burun qırılmadığına görə isə xəstənin heç bir travma alma təhlükəsi yoxdur. Travma olmadığı halda isə hüceyrələr şişmir. Bu o deməkdir ki, xəstənin üzü və ya gözlərində heç bir xəsarət olmayacaq. Xəstənin arzuladığı görünüşün daha asan əldə olunması üçün daha çox şans olur. Əməliyyatdan sonra tampondan istifadə edilmir, plastik bir alət buruna yerləşdirilir və xəstə bir gecə klinikada qalır. Həssas göyərmələr isə maksimum bir həftə müddətində çəkilir. Burun daha təbii görüntü qazanır. Mikro-motor əməliyyatı qanamanı da azaldır. Şişmə olmadığına görə əməliyyatdan qısa müddət sonra nəticə görünür. Əməliyyatdan bir həftə sonra sarğı sökülür və xəstənin çimməyi-nə icazə verilir.

Hər şey qaydasında!

Son zamanlar sinə böyütmə əməliyyatlarında endoskopik üsuldan çox istifadə edilir. Qol altından endoskopik döş protezi əməliyyatı keçirilir və beləcə sinədə heç bir iz qalmır. Qol altında mövcud olan cizgilər vasitəsilə döşlərə gel protezi əlavə edilir. Bu protezlərin axma, yırtılma və ya deşilmə, su keçirmə kimi, yaxud da günəş vannası zamanı heç bir problemi olmur.


Prosesin qol altından keçirilməsi ilə yaraların daha tez sağalmasına yardım edir, çünki heç bir dartılma olmur. Əməliyyat döş ətrafından həyata keçirilir, bu zonada hərəkət aktivliyi olduğu üçün dartılma və zədələnmə riskləri ola bilər. Qalan izlər isə 6 ay, ən geci bir ilə itir.

Liposuction vasitəsilə keçirilən əməliyyatdan sonra döşlərdə əməliyyat olunduğu bilinmir. Asimmetrik bir pozğunluq olduğu halda fərqli protezlərdən istifadə edilərək döşdəki bərabərlik tarazlanır. digər döşdə sallanma varsa, boşluğun aradan qaldırılması mümkündür. Təxminən bir saat davam edən bu əməliyyatdan sonra büshalter formasında bir korset taxdır. Sinəni kiçiltmək üçün isə üstdən asılı texnikasına müraciət edilir. Bu texnika yuxarıdan döşə birləşdirildiyi üçün ömür boyu asılı qalır və sinədə kiçik bir iz qalır. Minimum altı ay, maksimum bir il sonra sinə öz formasını alır.

Sütül kimi ayaqlar…

Estetik əməliyyatlar içində son zamanlar ayaqlara diqqət də artıb. Ayaqlarda sümük əyrilikləri və incə ayaq problemi xanımların kompleks və narahatlığına səbəb olur.

Lakin ideal ayaq protezləri ilə bu problem də öz həlli yolunu tapıb. Təxminən yarım saat davam edən əməliyyatda protez ayağa yerləşdirilir. Xəstə bir həftə gəzə bilməmək kimi problem yaşasa da, sonra əldə edilən görünüş sevincə səbəb olur.

Gənc baxışlar

Yaş ötdükcə üz formasını itirməyə başlayır. Təbii ki, bu prosesin gözlərə də təsiri olur. Göz qapağı dərisində yaranan boşalma nəticəsində aşağı doğru cizgilər yaranır. Alt göz qapaqlarında isə dəridə boşalma, qırışlar və gözaltı torbalar meydana gəlir. Blefaroplasti yəni üst və alt göz qapaqlarının estetik əməliyyatı qaşqaldırma və ya alın liftinqi ilə birlikdə olunarsa, olduqca təbii nəticələr əldə edilə bilər.


Əməliyyat üst göz qapağında yuvarlaq cizgi üzərindən, alt göz qapağında kirpiklərin tam altından girilərək edilir, məhz buna görə də əməliyyat izləri bəlli olmur. Ümumi, ya da lokal anesteziya altında həyata keçirilməsi mümkün olan bu əməliyyatlarda üst göz qapağı cərrahiyyəsi 40 dəqiqə, gözaltı müdaxilələrin korrektəsi isə bir saat davam edir. Xəstə əməliyyat günü gecəni evində keçirə bilər. Göz qapaqları əməliyyatının təsiri ilə yaranan şiş və göyərmələr bir neçə gündə çəkilir.

Əməliyyatdan bir həftə əvvəl isə mimik qırışların təkrar olaraq meydana gəlməməsi üçün və bu əzələlərin əməliyyatdan əvvəl genişlənməməsi üçün botoks üsuluna da müraciət edilə bilər.


Tarix: 23.12.2012 / 14:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 665 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri