Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qışda dəri üçün maskalar

Qışda dərinizə qulluq üçün aşağıdakı maskaları tövsiyyə edirik.

Avokado maskası

Tələb olunur: 1 avokado.
Hazırlama qaydası: avokadonun çəyirdəyini təmizləmək, püre hazırlamaq.
Tətbiqetmə: Meyvənin lətini üzə çəkmək və 15 dəqiqə saxla-maq. İlıq su ilə yumaq.
Yoğurtlu maska

Tələb olunur: 2 xörək qaşığı yoğurt.
Tətbiqetmə: Yoğurtu üzə çəkib, 15 dəqiqə saxlamaq. Sərin su ilə yumaq.
Yumurtalı maska

Tələb olunur: 1 yumurtanın sarısı, 1 çay qaşığı bal.
Hazırlama qaydası: yumurtanın sarısını balla çalmaq.
Tətbiqetmə: Qarışığı üzə və boyuna yaxmaq, 20 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Yağlı krem

Tələb olunur: 3 xörək qaşığı kokos yağı, 2 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı badam yağı, 1 çay qaşığı arı mumu, 3 xörək qaşığı su, 0,5 çay qaşığı boraks.
Hazırlama qaydası: mumu su vannasında əritmək, yağları əlavə etmək, yaxşıca qarışdırmaq. Ayrıca suda boraksı əritmək. Hamısını bir yerə yığıb qarışdırmaq.
Tətbiqetmə: Dərini yumşaltmaq üçün kremi dəriyə çəkmək.
Yulaf maskası

Tələb olunur: 1 yumurtanın sarısı, 1 xörək qaşığı yulaf lopası, 0,5 xörək qaşığı bal.
Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
Tətbiqetmə: Alınan qarışığı üzə çəkmək və 15-20 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Yağlı dəri üçün ballı krem

Tələb olunur: 2 xörək qaşığı qliserin, 1 xörək qaşığı bal, 1 çay qaşığı jelatin, 1 həb aspirin, 100 ml su.
Hazırlama qaydası: jelatini suda həll etmək, bal, qliserin, aspirin əlavə eləmək. Alınan kütləni su vannasında 15 dəqiqə isitmək. Soyutduqdan sonra çalmaq.
Tətbiqetmə. Kremi üzə nazik qatla yaxmaq. Qalıqları kağız salfetlə silmək.


Tarix: 23.12.2012 / 14:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 427 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...