Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəllik makiyajdan asılıdır?

Qadınları hər zaman mövsümi dəb, stil maraqlandırır desək, yanılmarıq. Hər bir qadın özəl görünmək üçün makiyajına, geyiminə diqqət etməyi özünə borc bilir. Bəs, istər makiyajda, istərsə də geyim və ya digər vasitələrdə hansı istiqamət daha düzgündür?

Stilist Samir Əliyev bu mövzuda suallarımızı cavablandırır.

- Samir, gündəlikdə qadınlar hansı rəng makiyajdan istifadə etməlidir?

- Gündəlikdə bej, qəhvəyi tonlardan istifadə etməlidir. Qaralmış dərilərə bu cür rənglər daha yaxşı yaraşır. Qısa şalvarlar dəbdədir. Onu gündəlikdə də geyinmək olar. Və maraqlıdır ki, indi eybəcər ayaqqabılar daha çox geyinilir. Bu il o ayaqqabılar yenə də dəbə düşür.

- Bəs gecə ziyafətlərində ?

- Göy, açıq yaşıl, tozağacı rəngdə olan paltarlar dəbdədir. Bu geyimə uyğun makiyajdan istifadə olunur. Bu il qızılla gümüş bir vaxtda istifadə olunur. Ola bilsin qadın qızıl sırğa ilə gümüş üzük taxsın.

- Bəs saçlar hansı formada olmalıdır?

- Bu saç növünə təbii lokum deyirlər, çox təbii olmalıdır, daha çox uzun saçlar dəbdədir. Saçına nə qədər baxırsansa bax, çalışırsan ki, formaya salasan, yenə də insan olduğundan daha yaşlı görünür.

Ancaq təbii saç da qadınlar daha gənc görünür. Bu il elə evdən saçı darayıb çıxmaq daha məsləhətlidir.

- Ötən il botoks, silikon daha çox dəbdə idi.

- Ötən il yox, 10 il bundan qabaq dəbdə idi. Əməliyyat 5 ildən sonra istər-istəməz insanı qocaldır. Dodaq əyilir, dünyanın ən məşhur ulduzu Madonna indiyə qədər əməliyyat etdirməyib. Bu qadın idmanla arıqlayıb.

-Təbii şəkildə gözəlləşmək istəyən qadın nə etməlidir?
-Ustaya müraciət etməlidir. O üz effektlərini makiyajla göstərə bilər. Onu da deyim ki, kosmetik məhsullar düzgün seçilmədikdə xeyirdən çox ziyanı ola bilər. Bu zaman kosmetik müqavimət, dəridə hassaslıq, eqzema, dəridə rəng dəyişikliyi, nadir hallarda olsa da rast gəlinən sistem dəyişiklikləri yarana bilər.

Kosmetik müqavimət dəridə yanma, batma, sızıldama, gərginlik kimi əlamətlərlə özünü göstərir. Kosmetik məhsulların hər istifadəsindən sonra şikayətlər yaranır və bu əlamətlər özünü tez göstərir. Buna görə belə əlamətləri olan şəxslər spirt, vitamin A, alfa hidroksil turşusu kimi dəriyə təsir edici amillərdən uzaq olmalıdır. Həssas dəri üçün hazırlanan təmizləyicilər, nəmləndiricilər və günəşdən qoruyuculardan uyğun olanını seçib istifadə etmək lazımdır. Dərinin infeksiya xəstəliyi olan hissəsində kosmetik vasitənin istifadəsindən çəkinmək lazımdır.

Makiyajla yatmayın, yatmazdan əvvəl dəri təmizlənməlidir. Kosmetik vasitələrinizi şərikli istifadə etməyin. Əgər əks təsir varsa həmin kosmetik məhsulların istifadəsini dayandırın və dermatoloqa müraciət edin.

Ümumiyyətlə, dəri tipinə uyğun kosmetik məhsullardan istifadə mütləqdir. Dərinin tipi və xüsusiyyətlərini isə dermatoloq vasitəsilə öyrənmək olar. Yağlı dəriyə sahib şəxslər dərini qurudan, su tərkibli məhsullardan, quru dərisi olan şəxslər isə tərkibində spirt olmayan məhsullardan istifadə etməlidirlər.

- Bəs qadın gözəl görünmək üçün necə geyinməlidir?

- Vacib deyil bahalı geyinsinlər, özlərini necə hiss edirlərsə, elə geyinsinlər. Qadınlar müğənnilərə baxıb geyinirlər. O geyim səhnədə olur, küçədə geyinmək olmur. Bu gözəldirsə, o demək deyil ki, sən də etməlisən. Özünü necə görürsən, elə də olmalıdır. Professionala müraciət etmək daha məqsədə uyğundur. Şıltaq, komplekssiz qadınlar rənglərdə sarı, narıncı, göy, qarışıq rənglərdən istifadə edirlər. İstəyirlər daha maraqlı geyinsinlər.

Kompleksli qadınlar isə daha çox qara və qəhvəyi geyinirlər. Ümumiyyətlə qadın öz eyiblərini örtsə, daha çox insana maraqlı gələr. Bir də qadınlarımız əlvan rənglərdən qaçırlar.

Bu yaxınlarda mən məşhur markalardan birinin moda nümayişində idim. Əcnəbi modelyerlərdən biri məndən soruşdu ki, xanımlarınız qara geyinirlər, mənə maraqlıdır, bu tədbirdə, moda nümayişində insanlar özünü yas mərasimində hiss edir. Bizim qadınlar maraqlıdırlar, qara geyinməsinlər. Bütün xanımların qara rəngi xoşlaması anormal haldır.

- Hansı formalı çantalardan daha çox istifadə olunur?

- Yumru çantalardan , bu dəb 90-cı illərdə olub, böyük çantalar dəbdədir. Vacib deyil bahalı olsun. Ayaqqabı ilə çanta eyni rəngdə olmaya bilər.

Ayaqqabı ilə daha çox geyim uyğun olmalıdır. Çanta ilə aksessuar tamamlanmalıdır. Çanta ilə geyim də uyğun gəlməyə bilər. Bir element gümüşü, çanta qırmızı olsa qorxulu deyil, harmoniya olmalıdır. Aksessuarlardan çoxu qızıl olmalıdır, gümüş ilə qarışıq. . .

5 il bundan əvvəl elit təbəqə qızıl taxanlara pis baxırdı. Bu il isə qızıl dəbdədir. Gənc xanımlar isə çalışsınlar brilliant taxmasınlar. Brilliant yaşı 10 il artırır. Brilliant qadını bir növ yeyir. Qocaları cavanlaşdırır, amma gəncləri qocaldır. Bahalı geyim insanı doğrudan da “yeyir”. İnsan nə qədər bahalı geyinirsə, bədənin enerjisini çəkir. Sadə geyindikcə cavan qalır.

Uşaq kimi olur, sadə görünür. Sadəlik ümumiyyətlə başqa şeydir. Qadın geyimini nümayiş etdirməlidir. İnsanlara geyimə vurulub qəbul etməlidir. Gülüş yaratmamalıdır.

-Eynəklər barəsində nə deyəbilərsiniz?

- Bu il avanqard, yumru eynəklər dəbdədir. Çalışın bahalı eynək və ayaqqabı alın. Ayaq və gözlər daha çox diqqətdə olmalıdır. Ayda bir dəfə maaşından keç, al. Bahalı eynək gözlərə ziyan vermir.

Bir dəfə yaraşıqlı, lakin ucuz eynək aldım. Bir ay gözümün qızartısı getmədi, yaraşdığı üçün taxmışdım.


Tarix: 24.12.2012 / 19:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 659 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...