beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Doğru şampun necə seçilməlidir

Doğru şampun necə seçilməlidir.

Daha canlı və parlaq saçlara sahib olmağı hər qadın istər, ancaq çox qadın bunun üçün nə etməsi lazım olduğunu bilməz.
Normal saçlar üçün şampunlar, dərinin nəm və yağ nisbətini tarazlıqda saxlayar. Yağ istehsalı çox olmayan saç tipləri üçün uyğundur. Saçlarınızı yuduqdan sonra 24 saat içində yağlanılma olmursa normal saç tipinə uyğun şampun istifadə edilməlidir.

Yağlı saçlar üçün şampunlar, saç dərisindəki sebum nisbəti çox olan şəxslər üçün uyğundur. Hər gün ya da gün həddindən artıq istifadə edilməsi halında saçdakı yağ nisbətini tarazlayar. Saçdakı sebum tarazlığını təmin edən bu şampunlar eyni zamanda statik elektriki də azaldar.
Quru, köhnəlmiş, boyalı saçlar üçün şampunlar, qalıcı saç boyaları, rəng açıcılar, kimyəvilər, həddindən artıq fen kimi əməliyyatlarla fiziki olaraq zərər görmüş saçlar üçün uyğundur. Yeniləmə və baxım xüsusiyyəti baxımından inkişaf etdirilmiş formulasıyla saçın itirdiyi nəm tarazlığını yenidən təmin edərlər.
Zəif və köhnəlmiş saçlar üçün şampunlar, müxtəlif səbəblərlə sağlamlığını qoruyamayan ya da itirmiş, sıx baxım istəyən saç tipləri üçün uyğundur. Kremli düsturları sayəsində saçların asan açılmasını təmin edərkən təmir edici və canlandırıcı xüsusiyyətləri ilə saça sıx bəsləyici baxım təmin edərlər.

Kəpək şampunları, kəpəyə qarşı fəaliyyəti sübut edilmiş aktiv maddələr ehtiva edərlər. Hər gün nizamlı olaraq istifadə edildiyində gözlə görülən kəpək meydana gəlməsinə mane olar.

Yağlı saçlara kremli şampun
Kremli şampunlar, yağlı saçlar xaricində hər saç tipinin müxtəlif ehtiyaclarına görə istifadə edilir. Yağlı saçlara sahib olan kəslərin kremli şampun istifadə etməsi saçlarının daha tez yağlanmasına səbəb olur.
Həftədə bir maska
Saç maskaları, təmir edici zülallar, saçın asan daranmasını təmin edən, parlaqlığını artıran ya da nəmləndirici tərkibli olurlar. Duş əsnasında saçda 2-3 dəqiqə gözlədilərək tətbiq olunarlar. Həftədə bir istifadə etmək kafi olacaq.
Saç Kremi saç uclarına yoxsa diblərinə tətbiq olunmalıdır?

Şampun istifadəsinin davamında ən çox ehtiyac duyduğumuz məhsullar saç baxım kremləri, maskalar, maye saç kremi və saç şəkillendiriciləridir. Ümumi olaraq, bu məhsulların PH dəyəri saç dərisinə uyğun deyil. Bu səbəblə yalnız saç uclarına tətbiq olunmalıdır. Saç diblərinə tətbiq olunması tövsiyə edilməz. PH dəyəri və 100 faiz bitki mənşəli məhsullar saç tökülməsinə qarşı istifadə edilən məhsullar saçların diblərinə tətbiq edilə bilər. Bu saçları kökdən uca bəsləyərək ehtiyacı olan baxımı təmin edəcək. Bu tip kremlər, saçlara köhnə gücünü geri qazandırır və saçları yumşadaraq daha asan daranmasını təmin edər.


Tarix: 05.12.2012 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 723 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri