Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Endogen sızanaqlar

Ekzogen sızanaqlar xarici təsirlər nəticəsində meydana çıxdıqları halda endogen sızanaqlar daxili səbəblər nəticəsində əmələ gəlir. Adətən, onlar dəri piyinin dəyişikliyi nəticəsində meydana gəlirlər.

Sızanaqların ilk nişanələri, adətən, 12 yaşında, pubertat dövrünün lap başlanğıcında özünü göstərir. Qızların cinsi yetişkənliyi oğlanlarınkından tez baş verdiyindən, üzlərindəki çivzələr də daha tez çıxır. İlk əvvəllər bu, komedon olsa da, 14-15 yaşlarında artıq irin tərkibli elementlərə çevrilir. Kliniki əlamətlərin qabarıq ifadəsisə 16-18 yaşlarına gəlib çıxır. Bu dövr onunla təhlükəlidir ki, həmin vaxt sızanaqların daha dərin dormaları – konqlobat fleqomenozlar “at oynadır”. Artıq 20-25 yaşlarında gənclərin bir çoxunda kliniki nişanələr tamamilə yoxa çıxır.

Qaba çivzələr orqanizmdə baş verən mürəkkəb qarşılıqlı əlaqəli patoloji dəyişikliklər nəticəsində meydana gəlir. İlk səbəb kimi insanın yağlı növ dəriyə genetik meyilliyi göstərilir. Belə ki, quru dərili adamlar çivzə xəstəliyindən əziyyət çəkmirlər.

Dəridə iltihab prosesi bitəndən sonra ixtisaslaşdırılmış salonlarda kosmetoloji prosedurlar kursunun keçirilməsi zəruridir, belə ki, bu prosedurlar çivzə səpgilərinin, o cümlə-dən, dərinin çapıq zədələrinin qalıq hallarının effektli şəkildə aradan götürülməsinə imkan yaradır.

Sağlam qadınlarda hormonal fonun belə bir xüsusiyyəti var ki, estrogenlər androgenlərə nisbətdə üstünlük təşkil edir, amma orqanizmin bu cür vəziyyəti yalnız pubertat dövrünün sonuna doğru tam formalaşır. Cinsi yetişkənlik dövründə isə (12-18 yaşlarında) orqanizmdə hər iki hormonal növü “hökmranlıq edir” və cinsi hormonların dərəcəsi müəyyən pillələrlə dəyişir.

Androgenlərin bir yerə yığılması üstünlük təşkil edəndə (qızlarda bu, adətən, menstrual dövrlə bağlıdır), dəridə növbəti sızanaqlar əmələ gəlir. Əvvəl də deyildiyi kimi, androgenlərin təsirilə dəri piyinin ifrazı 20-30% artır, amma o, həm də dəri piyinin keyfiyyət tərkibinin dəyişikliyinə də gətirib çıxarır. Nəticədə dəri piylərinin kanalları qalınlaşır, tüklü follikullar isə iltihablaşır ki, bu da çivzəli səpməyə daha bir səbəb olur. Piy vəzlərinin çıxarıcı kanalları sıxılır və dolur ki, bu da tıxacların əmələ gəlməsinə gətirib çıxarır, deyilən şərait isə bakteriyaların mövcudluğu və inkişafı üçün əladır.

Beləcə, sızanaqlar yeniyetmə qız və oğlanlarda baş verən səpkilərdir ki, bu da, adətən, 20-25 yaşlarında yoxa çıxır.

Ancaq elə sızanaqlar da var ki, onlar daha gec yaş dövründə meydana çıxır. Əgər sızanaqlar 25 yaşından sonra da yoxa çıxmırsa və hətta, əksinə, yaşlı adamda ilk dəfə meydana gəlirsə, bu, artıq dərinin androgenetik xəstəliyindən xəbər verir. O, cinsi hormonların hasilində tarazlığın pozulması ilə bağlıdır.

Sızanaqların qeyri-iltihablı elementlərindən ən çox yayılanı komedonlar, və ya qara nöqtələrdir. Onlar dəri vəzlərinin qatı tərkibindən əmələ gələn – sonuncular vəzin çıxarıcı kanalından axır – dəri piylərindən ibarət tıxaclardır.

Qara çivzələrin əmələ gəlməsinin iki səbəbini ayırd edirlər. Bir tərəfdən bu, dəri piyinin tərkibinin dəyişilməsidir, digər tərəfdən – piy vəzinin çıxarıcı kanalının əvvəlində hüceyrələrin əmələ gəlməsinin artımıdır. Komedonlar dəridə tünd qonur və ya qara nöqtə şəklində olur. Deyilən şəraitdə qara rəng dəri piyinin oksigenlə qarşılıqlı əlaqədə olarkən turşulaşması nəticəsində alınır. Digər irinlər kimi, qara nöqtələr də dərinin yalnız yağlı hissəsində, ən çoxsa burunda məhdudlaşır.

Komedonların əmələ gəlməsi qaba çivzə səpkilərinin ilkin meydana çıxması dövrünə təsadüf edir və adətən, pubertat dövrünün əvvəlilə üst-üstə düşür. Yağlı dərili insanlarda piy tıxacları və ya komedonlar müxtəlif seborey hissələrdə yaşlı dövrədək, yəni cinsi vəzlərin fəaliyyətinin sonunadək qala bilər.

Çivzə xəstəliklərinin qrupuna papulları (suluqlar) və pustulları (irinli yaraları) aid edirlər. Xaricdən onlar piy tıxacının başlanğıcında o qədər də böyük olmayan qırmızı bərkimələr kimi görünürlər. Bu bərkimələr konus və ya yarım-kürəvi formaya malikdirlər, güclü ağrı vermirlər. İlk əvvəl onların ölçüləri böyük olmur. Amma sonra bir neçə gün ərzində bu törəmələr özlərində baş verən iltihab prosesi nəticəsində böyüyür.

İltihab irinin əmələ gəlməsilə nəticələnir ki, sonuncusu çivzənin mərkəzi hissəsində toplanır. Bu zaman törəmə özü yumşalır. Bu proses gicişmə ilə müşayiət olunur. Əgər çivzəni kənarlardan sıxsanız, onun yuxarı divarı partlayır və çıxarıcı kanalından əvvəlcə irin, sonra qan gəlir.

Papulyar-pustılyoz (qovuqlu-köpüşüklü) çivzələr yağlı dərinin müxtəlif hissələrində – üzdə, kürəkdə, sinədə məhdudlaşa bilər. İltihab prosesini dayandırmasan, çivzələrin əmələ gəlməsi davam edəcək – törəmələrdən biri yetişəcək və partlayacaq, onların yerində və yaxın sahələrdə isə yeniləri əmələ gələcək.

Adi qaba çivzələr sızanaq xəstəliyinin daha ağır formalarına dəyişilə bilər. Kürəşəkilli çivzələr (digər adı konqlobat, üst-üstə tökmədir) bunlara aiddir. Onlar əsasən bədəni zədələyir, üzə isə nadir halda çıxırlar. Bu cür xəstəliyin səbəbi rolunda anadan-gəlmə immunitet xüsusiyyətləri çıxış edir. Xəstəlik öz-özünə keçmir: əgər onu müalicə etməsən, insana həyatı boyu əziyyət verə bilər.

Kürəşəkilli çivzələrin ilkin nişanələri qonur çalarlı bərk törəmələrdir. Onlara əllə toxunma ağrı hissi oyadır. Bir müddətdən sonra törəmələr yumşalmağa başlayır. İnkişafın son mərhələsində törəmənin partlaması irinin və qanın axması ilə müşayiət olunur.

Kürəşəkilli çivzənin ümumi törəməsinin səthində ayrıca iri düyünlər də əmələ gələ bilir ki, sonuncular da abses (irinlik) ocağı yaradır. Belə düyünlərin partlaması və sağalmasından sonra dərin çapıq yerləri qalır ki, onlar da uzun müddət sorulmurlar və bəzən həmişəlik qalırlar. Kürəşəkilli çivzələrin yerində də çapıq izləri və ləkələr qalır.

Kosmetoloji salonlarda üzün təmizlənməsi adlanan prosedurdan tez-tez istifadə edirlər. Özü də yalnız müalicəvi manipulyasiya yox, həmçinin gigiyenik məqsədlə. Beləcə, üzün təmizlənməsi çivzəli səpkilərin bütün formalarında tətbiq edilir.


Tarix: 24.12.2012 / 18:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 609 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...