beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınları ən çox maraqlandıran suallara cavablar

Mövzu gözəllik olunca biz qadınlar üçün axan sular dayanar. Bu mövzuda öyrənə bildiyimiz qədər çox şey öyrənmək,öyrəndiklərimizi tətbiq etmək istəyirik. Ancaq nəyin, niyə olduğunu bilsək, bəzi problemlərin həlli əlbəttə daha asan olar. Bu xəbərdə, gözəllik mövzusunda ən çox maraqlanılan sualları və cavablar öz əksini tapıb.

Niyə tərləyirəm?

Tərləmək,bədənin istiliyini salması mənasını verər. Tərlədiyimizdə su və duz itiririk. Acı yemək, isti və spirtli içki istehlak etmək, istifadə edilən bəzi dərmanlar da tərləmə səbəbləri arasında sayılar.Genetik olaraq da tərləyən bir xüsusiyyətiniz ola bilər. Xüsusilə qoltuqaltı,ovuc içi, ayaqlarda olan tərləmədən çox şikayətiniz varsa bir dermatoloqa müraciət edə bilərsiniz. Qoltuqaltı və ovuc içinə botoks tətbiq olunması bu bölgələrdəki tərləmə probleminin həlli olar.

Ağız qoxusu niyə meydana gəlir?

Dişlərinizi nizamlı fırçaladığınız halda hələ də ağız qoxusundan şikayətçisinizsə səbəbi diş əti iltihabı, diş çürükləri,ağızın qurumas ola bilər. Ağız qoxusunu aradan qaldırmaq üçün bol su içmək, saqqız çeynəmək diş ipi ilə dişləri təmizləmək, darçın istifadə etmək məsləhətdir.Ancaq davam edən bir qoxu varsa diş həkiminə müraciət olunmalıdır.

Selülitlər necə keçər ?

Heç bir qadın portağal qabığı görünüşdən məmnun deyil. Ancaq çox təəssüf ki selülitlərdən xilas olmaq o qədər asan deyil, nizamlı məşq ilə balanslı bir bəslənmə köməkçi olacaq. Yağ və şəkərdən zəngin istifadə selülitə gəl-gəl demək mənasını verir:) Genetik faktorları da unutmamaq lazımdır. Bəzi zəif insanlarda ya da manekenlərdə selülit görülərkən, bəzi kilolu insanlarda selülit olmaya bilər. Selülit kremləri müvəqqəti köməkçidir, Kafein ehtiva edən içkiləri daha az istehlak etməyi, bol su içmək, məşq etmək, duzu azaltmağa da laqeyd yanaşmayın.

Ayaq dabanlarım niyə bu qədər sərtdir?

Xüsusilə yaz aylarında geyilən sərt sandaletler, çılpaq ayaqla gəzmək, ayaq dabanının sərtləşməsinə gətirib çıxarır. Ayaq dabanını peeling etmək, isti suda gözlətdikdən sonra ponza daşı ilə təmizləmək gecə yatarkən nəmləndiricili krem çəkmək dabanı yumşaldacaq. Qış aylarında ayağa nəmləndirici krem çəkib üzərinə corab geyərək yatmaq, nəmi yaxşıca içəri çəkməyə köməkçi olar.

Niyə ayaqlarım tərləyir?

Nizamlı olaraq duş qəbuluna baxmayaraq israrla davam edən ayaq qoxusu cansıxıcı bir vəziyyətdir. Qoxu meydana gəlməsinin səbəbi ayaq dabanındakı bakteriyalardır. Bunlar tər ilə qarışdığında xoş olmayan bir qoxuya çevrilər. Bundan çəkinmək üçün ayağı tərlətməyən ayaqqabılar seçmək, istifadə edilən corabları bir dəfə geyib yumaq və əczaxanalarda satılan ayaq deodorantları istifadəsini təcrübə edə bilərsiniz.

Dişlərim niyə saralır?

Gün ərzində istehlak etdiyimiz qəhvə, çay, qırmızı şərab növlü içkilər diş rənginin tündləşməsinə gətirib çıxarır. Eyni şəkildə siqaret çəkmək və bəzi dərmanlar da dişlərdə ləkələrə və rəng pozulmasına səbəb olur. Dişləri nizamlı olaraq gündə 2-3 dəfə fırçalamaq köməkçi vasitələrədn ola bilər.

Boyun qırışlarının səbəbi nədir?

Təbii yaşlanmaqdır. Bunun xaricində məsələn çox kilo itirsəniz də boyun bölgəsində sallanma müşahidə edə bilərsiniz.Üzə nəmləndirici tətbiq edərkən boyun bölgəsinə də çəkmək yüksək olmayan bir yastıq istifadə etmək kimi üsullarla bu bölgədəki qırışları gecikdirə bilərsiniz.. Boyun bölgəsinə botoks etdirmək ya da gərdirmək üsullarından faydalana bilərsiniz.

Niyə saçlarım tökülür?

Saç tökülməsinin stress, hormonal dəyişikliklər, dəmir əskikliyi, tiroid, depressiya, genetik kimi müxtəlif səbəbləri ola bilər. Saçları bəsləyən saç köküdür.Bu səbəbdən sink və B vitaminindən zəngin bəslənmək, həkim tövsiyəsi ilə qəbul edəcəyiniz vitaminlər saç itkisinin qarşısını alacaq. Saça çöldən tətbiq olunan şampun ya da serumlər ancaq müvəqqəti düzəlməsini təmin edər. Buna görə də saç tökülməsi problemi yaşayırsınızsa bir dermatoloqdan kömək almaq lazımdır.

Dodaqlarım niyə çatlayır?

Quru hava dodaqların çatlamasına gətirib çıxarır. Dodaqları davamlı yalamaq, çatlamış dodaqların daha da qurumasına səbəb olar. Tərkibində nəmli mddələr olan dodaq nəmləndiriciləri istifadə edərək dodaq çatlamasının qarşısını ala bilərsiniz.

Sizi hansı sual maraqlandırır?


Tarix: 05.12.2012 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 725 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri