Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

11 addımda qənaətli gözəllik

Günümüzun iqtisadi şərtlərilə gözəllik salonuna gedib təpədən dırnağa baxım elətdirmək heç də mümkün deyil. Halbuki bu işi özümüz, həm evimizdə həm də çox daha qənaətli bir şəkildə həll edə bilərsiniz…

Hər qadın gözəldir; yetər ki baxımlı olsun… Olsun da amma necə? Gözəllik salonunun vəziyyəti ortada; od bahası! Yaxşı, buna gücü çatmayan qadın necə gözəlləşəcək, gözəl qalacaq? Bu heç də çətin deyil… 11 addımda qüsursuz gözəlliyə qovuşmaq əlinizdə… Necəmi?Bu da cavabı:


Tonal kreminizin rəngi çox açıq və ya tünddürmü?

Yanaqlarınıza və qaş sümüyünüzün üstünə işıqlandırıcı olaraq çəkin.Çox tünds yanaqları çuxurlaşdırmaq, geniş burnu incə,çənəni kiçik göstərmək üçün kölgələndirici olaraq istifadə edin. Ya da başqa tonal kremlə qarışdıraraq uyğun rəngi tapın.


Toz pudra istədiyiniz rəngdə çıxmadı?
Çox açıq rəngdədirsə işıqlandırıcı olaraq, çox tünd rəngdədirsə kölgələri konturlamaq üçün istifadə edin. Ya da başqa bir rənglə qarışdıraraq uyğun rəngi tapın.Tünd rəng toz pudraların rəngi,uşaq pudrasıyla(prisipka) qarışdıraraq da açıla bilər.


Eyeliner istifadə edin.

Göz kölgənizin rəngi tünddür? Eyeliner olaraq istifadə edin.Toz və açıq rəngsə, eyni rəngin daha tünd bir tonuyla qarışdıraraq işıqlandırıcı olaraq çəkin… Ya da iki rəngi qarışdıraraq yeni bir rəng əldə edə bilərsiniz…


Birdən çox funksiyası olan gözəllik vəsaitləri özlərinə ödənən pula dəyərlər. Məsələn qəhvərəngi bir qələmlə həm qaşlarınızı boyaya bilər,göz qələmi və açıq ten olaraq istifadə edə bilər ayrıca dodaqlarınıza da kontur olaraq istifadə edə bilərsiniz.


Pomadanız sürtülməyəcək qədər kiçildisə pomada qabı tamamilə boşalana qədər pomadanı bir fırçayla götürüb istifadə edə bilərsiniz.

Plastik qablar içindəki vəsait çıxarılmayacaq hala gəlincə,qabı kəsərək açın. İçində nə qədər çox vəsait qaldığını görəndə çaşacaqsınız.


Bədən təmizliyi üçün
Təmizləyicinizmi bitdi? Yulaf əzməsi və eyni miqdarda bal; ya da pudra şəkəri və zeytunyağıbi qarışdıraraq üzünüz üçün istifadə edə bilərsiniz…
Bədəniniz üçün qalın dəniz duzu və misir yağını məcun halına gətirin…

Saçlarınız matlaşdı?
Sirkə tünd rəng saçlarda möcüzələr yaradar. Limon da sarı saçlara canlı bir parlaqlıq verər.


Gözləriniz yorğundur?
Bir çay qaşığı alma rəndəsini, xiyar ya da kartof dilimlərini iki tənzifin arasına qoyaraq gözlərinin üzərinə yerləşdirin. 10 dəqiqə sonra özünüzü çox yaxşı hiss edəcəksiniz


Tarix: 06.12.2012 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 601 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...