Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cib telefonu qadınlarda sümük ərimesi yaradır

Uzm. Dr. Məhərrəm Çidem, cib telefonunun, xüsusilə qadınlarda sümük əriməsi riskini artırdığının müəyyən olunduğunu ifadə edərək, "Sümük ərimsəi əlamətlərinin üstünlük təşkil etdiyi patologiyaların çoxunda, eyni zamanda baş ağrısı, qulaqlarda küy, diqqət zəifliyi, qulaq ətrafında keyimə, yorğunluq, yaddaşsılıq, hərarət, baş gicəllənməsi kimi başqa şikayətlər də müəyyən olundu "dedi.

dr.Çidem, xalq arasında "sümük əriməsi" olaraq tanınan "osteoporoz" un, sümüyün sınma ehtimalının artması və sümüyün dayanığlılığının azalması ilə ibarət olan bir problem olduğunu ifadə etdi.

Yaş artdıqca sümüklərin inkişaf etdiyini, kütləsinin artdığını və möhkəm bir quruluşa sahib olduğunu izah edən dr.Çidem, bunları qeyd etdi:

"Sümüklərdəki inkişaf, maksimal həddə 30 yaşlarında çatır. Artan yaşla birlikdə sümüklər incəlməyə, zəifləməyə və sınmalara daha meyyli olmağa başlayır. Tibbin inkişafı orta həyat müddətinin uzanmasını təmin etmişdir. Lakin bu zaman ərəfəsində, əsasən yaşlılıq dövrü problemi olan osteoporoz, qadın və kişilərdə daha çox yaılmşdır. "

dr.Çidem, sümük əriməsinin ən əhəmiyyətli nəticəsinin sınıqlar olduğunu və bunların ən vaciblərinin bud sınıqları olduğunu vurğuladı.

Menopauzaya girən qadınların üçdə birində və 45 yaşından sonra müşahidə olunan sınıqların 75%-nin osteoporozla əlaqəli oldugunu deyən dr.Çidem, "Qadınların həyatı boyunca bud sınığı olma ehtimalının süd vəzi və yumurtalıq xərçənginə tutulma riskindən daha çox olduğu da aydın olmuşdur" dedi.
'263 Könüllüylə araşdırma edildi '
Cib telefonunun sümük əriməsi üzərinə təsirinin olub olmadığını araşdırmaya istiqamətli, 2002-2008 illəri arasında Bağçılar Təhsil və Araşdırma Xəstəxanası Fizika Müalicə və Reabilitasiya Bölümündəki yoldaşları ilə bir iş etdiklərini ifadə edən dr.Çidem, bu araşdırmalarının "Medicine Science" jurnalının Mart 2012 sayında nəşr olunduğunu dilə gətirdi .

dr,Çidem, belə davam etdi:

"Bu araşdırmaya, 20-35 yaş arası tamamilə sağlam 100 kişi (cib telefonu istifadə edən 86, istifadə etməyən 14) və 163 qadın (cib telefonu istifadə edən 97, istifadə etməyən 66) olmaq üzrə cəmi 263 könüllü istifadəçi daxil edildi. Könüllü osteoporoza aid risk faktoru daşıyanlar, baza stansiyasına yaxın yaşayanlar, ilk və ikinci osteoporoza aid risk daşıyanlar tədqiq edilərək, bu işə daxil edilmədi. Cib telefonuyla danışan xüsusilə qadınlarda sümük əriməsi müəyyən olundu. Sümük ərimsəi əlamətlərinin üstünlük təşkil etdiyi patologiyaların çoxunda, eyni zamanda baş ağrısı, qulaqlarda küy, diqqət zəifliyi, qulaq ətrafında keyimə, yorğunluq, yaddaşsılıq, hərarət, baş gicəllənməsi kimi başqa şikayətlər də müəyyən olundu "
Uzm. Dr. Çidem, "Qadınlarda ciddi bir sağlamlıq problemi olan osteoporoz və bununla bağlı müxtəlif sınıqların meydana gəldiyi də nəzərə alınarsa, cib telefonu istifadəçisi qadınların daha çox risk altında olduğu deyilə bilər" dedi.


Tarix: 01.12.2012 / 18:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 725 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...