Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evli kişilərin toruna düşməmək üçün kiçik sirlər (yalnız qadınlar üçün)

Cəmiyyətimizdə subaylardan çox evli kişilərin qadınlarla tanış olmaqda fəallığını və bizə müraciət edən qadınların bəzilərinin məhs bu statusda olan kişilərlə yaşadığı problemləri nəzərə alıb bu məsləhətləri sizlər üçün yazmaq istədim. Bilirəm ki, oxucuların arasında evli kişi ilə məhəbbət yaşayanlar da var. Sizi qınayıb, asıb-kəsməyəcəm. Çünki öz dərdiniz özünüzə bəsdir. 2-ci qadın olmağın əzabları məlumdur. Və onu da bilirəm ki, çoxunuz aldanmısınız, subay olduğunu zənn edib tanış olmusunuz, sonra zənglər, uzun-uzadı şirin söhbətlər, görüşlər və bir də ayılmısınız ki, artıq aşiqsiniz... Ürəyinizə daxil olduqdan sonra artıq kişinin heç bir problemi yoxdur. Açıq da etiraf edə bilər ki, evlidir. Sevgi elə bir hisdir ki, bunun evliyə-subaya dəxli yoxdur. Bilsəniz ki, zina adı ilə sizi daş-qalaq edəcəklər yenə sevginizdən vaz keçə bilmirsiniz. Ayrılmaq da, onunla yaşamaq da əzabdır...



Buna görə də, hər bir ağıllı qadın özünü gələcəkdə bu əzablardan sığortalamaq üçün evli kişilərlə münasibətdən qaçmalıdır. Hətta adi dostluğu da ağlınızdan keçirməyin. Çünki sıx dostluğun sonu da məhəbbətlə bitə bilər. İşdə, ətrafınızda sizə rəğbət bəsləyən evli kişilərlə hər zaman sərhəd saxlayın. Amma bəzən üzdə mələk, içirisində isə şeytan gizlənən, insanlığını ehtirasına qurban verən kişilər var ki, sizi əldə etmək üçün hər cür yalanı danışmağa hazırdır. Bu məsləhətlər o tip vicdansızların toruna düşməmək üçündür...

Şəxsən mən bu qaydalara hər zaman əməl edirəm. Və sizi də diqqətli olmağa çağırıram. Çünki heç bir qadının əzab çəkməsini istəmirəm. Subay oğlanla sevgi evliliklə də bəlkə bitə bilər, amma evli kişiyə sən sadəcə sevişmək üçün lazımsan.




Evli kişiyə aşiq olan qadınların çoxu, sevgi münasibətlərinin başlanğıcında adamın evli və ya nişanlı olduğunu bilmədiklərini iddia edirlər.



Bəs, bir kişinin evli olduğunu öyrənməyin yolları hansılardır?


Tarix: 05.12.2012 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 610 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...