beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeyx İbrahim Zəncani

Şeyx İbrahim Zəncani (1855, Zəncan-1935)—Müctəhid, məşrutə hərəkatının fəal üzvü.Mündəricat
1 Həyatı
2 Mənbə
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Şeyx İbrahim 1855-ci ildə Zəncan şəhərində anadan olmuşdu. Kiçik mülkədar ailəsində doğulduğuna görə çox çətinliklərlə təhsilini sürdürmüşdü. Amma çətinlikləri keçib mükəmməl mədrəsə təhsili almışdı. Sonra üləmaların yanında təhsilini davam etdirmişdi. Sultaniyyədə çox xeyirxah bir şəxsiyyət kimi ad qazanmışdır. Şeyx İbrahim Zəncani ictihad dərəcəsinə çatmışdı. Məşrutə hərəkatına qoşulmuşdu. Maraqlıdır ki, Məşrutə hərəkatında iştirak etmiş üləmaların və ziyalılarının böyük çoxluğu Məşrutə sonrası həddən artıq peşmanlıq hisi ilə özlərini tənqid etmişlər, amma nə yazıqlar kı, sonrakı peşmanlıq bərə bitirməz demişlər. Bunlardan biri də elə bu prokuror aktiv və atəşin məşrutəçi Zəncanlı alim Mirzə İbrahım Qızılbaşdır.

Şeyx İbrahim Zəncani-Qızılbaş 1250\1871-ci il aclıq dövrünü yaşamış və onu öz əsərlərində belə xatırladır: “ bəziləri ölülərini qüsl edib kəfən verərkən ölkənin böyük çoxluğu köhnə dəriləri, ayaq qabılarını suya salıb yumuşaltdıqdan sonra qaynadıb dişlərinə çəkirdilər. Dinə görə məkruh olan at, eşşək səhldir it, pişik əti, hətta bəzi yerlərdə diri qalmaq üçün ölülərin ətini belə yeyirdilər, insanlar ölməsinlər deyə Qafqaza üz tutmuşdular“. Maraqlıdır ki, bu kütləvi aclıq dönəmində İngiltərə Sistan və Bəluçistan əyalətlərinin böyük hissəsini ələ keçirməyə çalışırdı, buna görə də bir tərəfdən Qacar dövlətinə başqa ölkələrdən yeyintinin idxalına maneçilik törədirdi, bir tərəfdəndə özü bu lazımlı yeyinti mallarını pulu ilə ölkəyə gətirilməsini bilərəkdən gecikdirirdi. İngiltərənin bu dəhşətli cinayətlə nəticələnən qeyri-insani siyasətin sonucunda həm adı gedən topraqlar İngiltərənin əlinə keçmiş, həm də ölkə əhalisinin üçdə biri həlak olmuşdur. Bu böyük faciələr doğuran qeyri-insani siyasətin həyata keçirilməsində iç amil kimi İngiltərənin bir başa yardımı ilə 1871-ci ildə sədarət məqamına gətirilmiş Mirzə Hüseyn xan Sipəhsaların böyük rolu olmuşdur. [Məhmud Məhmud, 8-cildlik “İranla Ingiltərənin siyasi ilişkiləri tarixi” adlı kitabın 4-cü cildində İranla İngiltərənin bu siyasi münasibətləri və adı gedən anlaşmanın haqqında geniş bilgilər öz əksini tapmışdır.]

Şeyx İbrahim Zəncani-Qızılbaş da digər üləmaların bir çoxu kimi bu mason icmalarının bilər-bilməz alətinə çevrilmişdir. Özü öz əsərində dolayısı ilə yazır kı, ”Ərdəşir Riporter-Ərdəşir Ci məni dünyada böyük nüfuzu olan icmaya apardı “. Qızılbaşın qeyd etdiyi bu icma erməni Mirzə Mülküm xanın müridləri tərəfindən idarə edilirdi. Şeyx daha sonra yazır ki, “burada məmləkətin önəmli simaları vardı, o cümlədən bunların adın çəkir: “Ərbab Cəmişid Cəmişidiyan (Məşrutə sonrası 1000 tümən Seyid Məhəmməd Təbatəbaiyə və ya Behbəhaniyə rüşvət verərək ilk rüşvət müqabilində birinci məclisdə iştirak edən adam olmuşdur.), Ərbab Keyxosrov Şahrux, Abbasqulu xan və Hüseynqulu xan Nəvvab (“İslam fədailəri təşkilatının” qurucusu Ərdəbilli Nəvvabın babası –yuxarıda haqqında bilgi verilmişdir), Məhəmmədəli (Zəkaülmülk) və Əbülhəsən Füruği, Mirzə Həsən xan Müşirəddövlə və Mirzə Hüseyn xan Mötəmənülmülk (Pirniya –panfarsizmə dayalı Antıtürk “ İran əski tarixi” adlı kitabın müəllifi ), Əliməhəmməd və Məhəmmədəli xan Tərbiyyət (Təbrizli ), Dr Hüseyn xan Kəhal, Seyid Nəsrüllah Əxəvi (Təqəvi), təbrizli Mirzə İbrahım ağa, Mirzə İbrahım xan Həkimülmülk, Vəhidülmülk Şeybani, Müazədülsəltənə Pirniya, Təbrizli Seyid Həsən Tağızadə, Əsədulla xan Əbülfətzadə, İbrahim xan Münşizadə, Süleyman xan Meykədə, Mirzə Mehdi xan (Məmaliki-Məhrusənin Herat şəhərini və ətraf bölüklərini İngilislərə verən Müqaviləni imzalayan İranın məşhur birinci masonlarından olan Fərrux xan Əminəddülə Kaşinin oğlu) və başqaları”. [ Zəncanlı Mirzə İbrahım Qızılbaşın Xatirələri yerli araşdırmaçılardan Qulamhüsen Mirzə Saleh tərəfindən işlənib 1380\2001-ci ildə çap edilmişdir,lakin Şeyx Fəzlullah Nurin qatilinin kitabıdır deyə az bir zamanda yayımına qadağa qoyulmuşdur]

Şeyx İbrahim Zəncani-Qızılbaş məşrutə sonrası deyirdi: “Məşrutədən əsas məqsəd nə azadlıq, nə də millətin oyanışı olmamışdır, Məmaliki-Məhrusə dövlətinin ruslara yaxınlaşdığını görən ingilislər xalqı aldadıb öz tərəflərinə çəkərək məmləkəti bir-birinə vurmaq, dövlətə qarşı qoymaq olmuşdur. Bunun nəticəsində isə hələ də ölkədə illərdir qan axır, aclıq, yoxsulluq, işsizlik və bədbəxtliklər davam edir. Beləliklədə ingilislər öz istəklərinə nail oldular“. Vurğulanması yersiz olmazdı ki, Şeyx İbrahim Zəncani-Qızılbaş reform və məşrutə ilə bağlı bir sıra yazıları Türkiyə türkcəsindən farscaya çevirmişdir.


Tarix: 24.02.2013 / 17:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 367 Bölmə: Maraqlı melumatlar