Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat yoldaşıma hər il evliliyimizin il dönümünü xatırlamaq münasibəti ilə hədiyyə vermək istəyirəm

Sual: Toyumuzu hər il qeyd etmək münasibətilə yoldaşıma (arvadıma) hədiyyə verə bilərəmmi?

Cavab: Həmd Allaha məxsusdur.

Əgər (ər, zövc) öz həyat yoldaşına (zövcəsinə, arvadına) hədiyyə təqdim etmək istəyirsə, onu istənilən vaxtda və yaxud istənilən münasib münasibətdə və yaxud bunu etmək üçün səbəb olduqda versin. Hədiyyə bəxş etmək üçün toy günlərinin il dönümünü gözləməsin, çünki bu həmin günü “bayram (İd)” (İd (bayram)-müntəzəm olaraq keçirilən münasibətə deyilir)-kimi qeyd etmək mənasına gəlir və müsəlman üçün illik bayramlardan sadəcə İd əl-Fitr (Fitrə bayramı ramazanda) və İd əl-Adha (Qurban bayramı) var. Bu hadisələr (münasibətlər)-toylar və il dönümləri-peyğəmbərə sallallahu aleyhi və səlləm və onun səhabələri və ümmətin sələfləri və imamlarına da gəlmişdir, lakin bu günlər münasibətilə onların öz zövcələrinə hədiyyə vermələrinə dair heç bir rəvayət yoxdur. Və bilin ki, bütün xeyirlər onlara tabe olmaqla hasil olur, onlara tabe olmaqdadır.

Şeyx İbn Üseyminə Allah ona rəhmət etsin belə bir sualla müraciət etmşdirlər: Zövcün (ərin) öz zövcəsinə (arvadına) hər il toy günlərinin il dönümünü xatırlamaq münasibəti ilə aralarında olan sevgi-məhəbbəti canlandılrmaları, yeniləmələri üçün hədiyyə verməsi caizdirmi? Qeyd edim ki, bu il dönümü sadəcə bu hədiyyənin verilməsindən ibarət olacaq və ər-arvad bunu (toy gününü) qeyd etmək niyyətləri yoxdur.

O belə cavab vermişdir:

Mənim rəyim budur ki, bu cür edilməməlidir (bu qapı bağlanmalıdır, açılmamalıdır), çünki ola bilsin ki bu il bunu hədiyyə ilə, növbəti il isə qeyd etmə ilə keçirəcəklər. Bundan əlavə bu hadisəni hədiyyə ilə mücərrəd şəkildə qeyd etmək bunu “bayram” kimi keçirmək hesab edilir, çünki bayram təkrar olunan, qayıdan bir şeyə deyilir. Məhəbbət, sevgi hər il deyil, hər zaman təzələnməlidir. Hər dəfə qadın öz kişisindən onu xoşbəxt edən, sevindirən bir şey gördükdə və yaxud hər dəfə kişi öz qadınından onu xoşbəxt edən, sevindirən bir şey gördükdə, o zaman onlar arasında olan sevgi-məhəbbət canlanacaq, yenidən cücərəcəkdir.

Fətəvə əl-Uləmə fi “Uşrət əl-Nisə”, səh.162


Tarix: 06.04.2013 / 15:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar
loading...