beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məscidlərdə elan, reklam asmağın hökmü

Sual: Məsciddə müsabiqələr, mühazirələr və yaxud şəriət haqqında seminarlar barədə xüsusi şirkətlərin və yaxud məktəblərin himayəsi ilə elan verməyin hökmü nədir?

Cavab: Həmd Allaha məxsusdur.

Məscidlər ibadət üçün inşa edilmişdir. Məscidlərin içində alış-veriş, pul qazanmaq nəhy olunmuşdur. Ona görə də məscidlərdən şirkətləri, məktəbləri və yaxud digər bir şeyi reklam etmək vasitəsi kimi istifadə etməyə icazə verilmir.

Dini mühazirələr və seminarlar barədə elan vermək məsələsinə gəldikdə, müəyyən bir komitə, şirkət, müəssisə və yaxud qeyrilərinin reklamı edilməməsi şərtilə bu cür etməkdə bir qəbahət yoxdur. Sitatın sonu.


Tarix: 03.04.2013 / 21:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar