beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faiz qarşılığında götürülən kredit və ipotekanın fəsadları

Sual: Mənzil almaq üçün faizlə fəaliyyət göstərən bir bankdan kredit (ipoteka) götürmək olar? Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab:
Özünüzü ölümdən xilas etmək üçün bir tikə çörək yeyəcək qədər dəhşət ehtiyac içində olsanız belə nə olursa olsun bankdan borca götürməyin. Hələ mənzil və yaxud minik almaq bir tərəfə qalsın. Bir insan (şiddətli aclıq) kimi bir vəziyyət ilə qarşılaşaraq çətin bir duruma düşüb sıxışarsa Allah Təala bu halda ölü heyvan ətini, donuz leşini, güclü zərbə ilə öldürülmüş heyvan və yaxud başıüstə düşüb ölən heyvanı onun üçün icazəli etmişdir. Buna baxmayaraq “sələm, faiz, riba”bu cür halda belə icazəli deyil. Sələm çox-çox təhlükəlidir. Odur ki, faizə bulaşmayın və səbirli olun, çünki Allah Sübhənahu və Təala buyurur:
“Allahdan qorxana, Allah çıxış yolu göstərər. və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər” [ət-Talaq 65:2-3]
Göründüyü kimi faiz ilə məşğul olmaq ağır bir günah, xətərli bir işdir. Hər kim bunu halal edərsə küfr etmişdir. Ona görə də, mənzilə ehtiyacınız varsa Allah sizə bunu qismət edənədək səbirli olun, Allaha sığının və mənzil əldə etmək üçün sizə çıxış yolu açana qədər zəruri vasitələrə əl atın ki, Allah ilə müharibə aparmaq məsuliyyətindən azad olaraq dünyanızı dəyişəsiniz. Çünki, faiz, sələm ilə məşğul olan kəs Allah ilə müharibə edir-Allah qorusun bizi. Necə ki, Allah Sübhənahu və Təala buyurur:
“Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.” [əl-Bəqərə 2:279]
Allah Təala “Sələm camaatına” müharibə elan edir və “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) sələm verənə, sələm ödəyənə, sələmin qeydiyyatını aparana (yazana) və bu sövdəyə şahidlik edən iki şəxsə lənət etmişdir.”
Bu hədisi Müslim özünün “Səhih” adlı əsərində (11/36 N 1598-Nəvəvi) Cabir hədisindən rəvayət etmişdir.
Deyin görüm, lənətdən sonra daha nə qaldı ki, sizin üçün?! Cəhənnəm Odunun qarşısında ikən məgər faizlə alınan mənzilin sizə bir faydası olacaqmı?! Odur ki, mömin bir qul Allahdan qorxmalı və yoxsulluğuna, ehtiyaclı olduğuna görə səbr etməlidir. Çünki, həqiqətən də Allah Sübhənahu və Təala buyurur:
“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.” [əl-Bəqərə 2:155]
Səbirli olun və Allah Təala özünüzü Allahın lənəti, qəzəbi, hiddəti və cəzasına düçar qoymaq əvəzinə sizə əzəmətli bir savab verəcəkdir. Bu dünyada bu məşəqqətə tab gətirin, çünki sizin çəkdiyiniz məşəqqət Allahın qəzəbi və cəzası ilə müqayisədə heç bir şeydir.
Allahdan diləyimiz budur ki, bizi Öz lütfü və neməti ilə qorusun, Onun qəzəb və hiddətinə aparacaq hər şeydən bizi hifz etsin. Həqiqətən də, Rəbbimiz Hər Bir Şeyi Eşidir və dualarımıza cavab verir. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədə, onun əhli beytinə və səhabələrinə olsun.
Şeyx Rabi bin Hadi
Əd-durar ən-nəziid min muhaazaraatil-`əqidəh vat-təuhid: Təfsir Kəliməti Təuhid, Sual və Cavablar, səh. 118-119


Tarix: 02.04.2013 / 19:42 Müəllif: *Beyaz_Gul* Baxılıb: 232 Bölmə: Maraqlı melumatlar