beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sizə xəyanət edənə qarşı siz xəyanət etməyin!

Sual: Özəl bir idarədə çalışan bir nəfər var, lakin onun sağlamlığı ilə bağlı bəzi problemləri var idi və tibbi müalicə aldığı dövrdə işini saxlamalı oldu. Müalicədən sonra təkrar işində qayıtdı və işlədiyi günlər üçün öz haqqını tələb etdi, lakin müdiriyyət onun bu haqqlarını qəbul etmədi. Həmin adamın pula ehtiyacı var, odur ki, işin gedişatında hər gün topladığı pul məbləğindən müəyyən qədər götürməyə başladı. Onun başqa bir şey etmək niyyəti yoxdur, sadəcə öz haqqını götürür. Bundan başqa heç bir şey. Bu cür etmək haramdır yoxsa halal?

Cavab: Həmdü-sənalar Allaha məxsusdur.

Onun bu cür etməyə ixtiyarı, haqqı yoxdur, ona halal deyil, çünki onun topladığı pul vəsaiti, hansı ki bundan götürməyə haqqı olduğunu iddia edir, müdiriyyət bu işi icra etməyi ona əmanət etmişdir, tapşırmışdır. Hər hansı bir şey əmanət olunan kəs həmin əmanətə sadiq qalmağa və bu əmanəti sahibinə geri verməyə borcludur. Bu məsələdə müdirinə qarşı xəyanət etmək ona icazəli deyil.

Allah təala buyurur:

“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” [ən-Nisa 4:58]

Peyğəmbər (Ona ALlahın salavatı və salamı olsun) demişdir: “Sizə əmanət olunan şeyi sahibinə geri verin və sizə xəyanət edənə siz xəyanət etməyin.” Tirmizi, 1264; Əlbani “Səhih ət-Tirmizi”də hədisi səhih olaraq təsnifləşdirib.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) əmanət olunan şeyləri təkrar yiyəsinə verməyi əmr etmiş və xəyanət edən tərəfə təkrar xəyanət etməyi isə qadağan etmişdir.

Daimi Heyətə belə bir sual ilə müraciət edirlər: Bir kişi tərəvəz dükkanında çalışır və müdiri yalnız hər dörd və ya altı aydan biri maaşını verir. İşlədiyi həmin tərəvəz dükanında müdirin xəbəri olmadan toplanan puldan öz maaşını götürməyə ixtiyarı varmı?

Cavab: Müdirin xəbəri və yaxud icazəsi olmadan çalışdığınız tərəvəz dükanında toplanan pul vəsaitindən maaşınızı götürmək sizə icazəli deyil. Maaş götürmək üçün müdirinizdən bu barədə soruşmalısınız və əgər o rədd cavabı verərsə, bu halda müvafiq səlahiyyət orqanlarına şikayətinizi bildirin ki, onlar müdiriyyəti vadar etsinlər ki, sizə ödəniş etsin.

Daimi Heyətin Fətvaları, 15/145

Şeyxu-l İslam ibn Teymiyyə, (Allah ona rəhmət etsin), “Fətvalar Toplusu”, 30/372 əsərində deyir:

Əgər bir kəsin başqa birindən alacağı haqq varsa, borclu tərəfin icazəsi olmadan bu haqqı eynilə və yaxud buna bərabər miqdarda geri götürmək olar? Bu məsələnin iki yönü var:

1.Əgər haqqını tələb etməsinin səbəbi açıq-aşkar olub heç bir dəlil-sübut zəruri etmirsə, məs. qadının əri tərəfindən baxım (geyim, qida və s. kimi xərcləmək) haqqı və ya atanın övladına (nəfəqə, xərcləmək) baxım haqqı və ya qonaq qaldığı yerdə qonağın qonaq haqqı, bu halda şübhəsiz ki, borclu olan tərəfdən bu haqqını icazəsi olmadan götürə bilər. Səhiheyndə sübuta yetirilib ki, Hind bint Ütbə ibn Rabiə demişdir: “Ey Allahın Rəsulu, Əbu Süfyan simic bir kişidir və özümə və uşaqlarıma kifayət qədər (nəfəqə, baxım haqqı) vermir.” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Özün və uşaq üçün ənənəyə görə kifayət edəcək qədər götür.” Bu rəvayətdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ona icazə verdi ki, öz ruzisini (nəfəqəsini) ənənəyə görə,mal sahibinin icazəsi olmadan götürsün. Eynilə, əgər bir kəsin mal-mülkünün zülmlə əlindən alındığı bilinirsə və insanların bu barədə xəbəri varsa, zülm olunan tərəf qəsb olunmuş malını və ya buna bərabər bir şeyi qəsbkardan və s. götürə bilər.

2. Öz hüququnu tələb etmək üçün səbəb açıq-aşkar deyilsə. Məsələn, qarşı tərəf, iddia edən tərəfə borclu olduğunu inkar edir və yaxud onun malını haqqsız yerə götürdüyünü təkzib edir və iddia edən tərəfin sübut-dəlili yoxdur. Bu halda elm əhli arasında iki rəy var. Birincisi budur ki, iddia edən tərəf götürə bilməz; bu Malik və Əhmədin rəyidir. Digər rəyə görə isə bunu götürə bilər, bu da Şafeinin rəyidir.

Haqqının pozulduğuna dair aşkar heç bir dəlilin olmadığı halda iddia etdiyi haqqını geri götürə bilməz” söyləyənlər, dəlil qismində Sünən əsərində Əbu Hüreyranın (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət etdiyi sözünü dəlil gətirirlər: “Sizə əmanət olunan şeyi sahibinə geri verin və sizə xəyanət edənə siz xəyanət etməyin”. Həmçinin, “Müsnəd” əsərində rəvayət olunur ki, Bəşir ibn əl-Xəsasəh demişdir: “Ey Allahın Rəsulu, bizim bəzi qonşularımız var, heç bir şey qoymurlar, nə gəldi, götürürlər. Əgər onlardan bir şey götürməyə imkanımız olsa, bunu götürəkmi? O dedi: “Xeyr.” Sizə əmanət olunan şeyi sahibinə geri verin və sizə xəyanət edənə siz xəyanət etməyin.

Bu hədislərdən aydın olur ki, haqqı pozulan tərəfin bu haqqı açıq-aşkar deyilsə və xəlvəti olaraq bu haqqını götürürsə, onun bu cür etməyə ixtiyarı yoxdur, baxmayaraq ki, o öz haqqına bərabər bir şeyi götürür bununla belə ona əmanət edən bir kəsə xəyanət edərək bunu yerinə yetirir. Səbəbi budur ki, bir halda ki, qarşı tərəf öz mal-mülkünü ona əmanət etmiş və o isə onun xəbəri olmadan bundan müəyyən qədər götürmüş, bununla belə haqqlarının pozulmasına dair açıq-aydın sübut-dəlil yoxdur, bu halda bu cür hərəkət əmanətə xəyanət etməkdən sayılır.

Çünki xəyanət özü-özlüyündə haramdır, odur ki, öz hüquqlarını bərpa etmək üçün bundan vasitə kimi istifadə edilməməlidir. Xəyanət yalan qəbilindəndir. Əgər deyilsə ki, bu xəyanət deyil, əksinə öz haqqını götürməkdir və Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) yalnız xəyanət edənə xəyanət etməməyi qadağan etmişdir, yəni haqqın olduğundan daha çox hissəni xəyanət edən tərəfdən götürmək-bu halda nəzərə almaq lazımdır ki, bu arqument bir neçə baxımdan zəifdir.

Bunlardan birincisi budur ki, hədisdə deyilir “Ey Allahın Rəsulu, bizim bəzi qonşularımız var, heç bir şey qoymurlar, nə gəldi, götürürlər. Əgər onlardan bir şey götürməyə imkanımız olsa, bunu götürəkmi? O dedi: “Xeyr.” Sizə əmanət olunan şeyi sahibinə geri verin və sizə xəyanət edənə siz xəyanət etməyin.”

İkincisi: “Sizə əmanət olunan şeyi sahibinə geri verin və sizə xəyanət edənə siz xəyanət etməyin”, yəni mənası budur ki, sizə xəyanət edən tərəfə eyni hərəkəti etməklə siz də ona eynilə cavab verməyin.

Üçüncüsü, bu əməl şübhəsiz ki, xəyanətdir. Daha doğrusu buna icazə verənlər, əvəz-əvəz, qisas olaraq buna icazə veriblər. Çünki bəzi hallar var ki, qisas icazəlidir. Misal üçün, qətl, quldurluq və haqqsız yerə malı qəsb etmək. Bununla belə bəzi hallar da var ki, qisas icazəli deyil. Məsələn, əxlaqsız hərəkətlər, yalan danışmaq və s. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) “Sizə xəyanət edənə siz xəyanət etməyin” deyərkən, məlumdur ki, eyni tərzdə qarşı tərəfi cəzalandırmamaqdan söhbət gedir.


Tarix: 02.04.2013 / 20:04 Müəllif: *Beyaz_Gul* Baxılıb: 369 Bölmə: Maraqlı melumatlar