beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini hekayə...

İmam Əlidən (ə) soruşurlar:
-Vacib nədir? Və ondan daha vacib olan nədir?
Buyurur:
-Vacib olan Allaha itaət, ondan da vacib olan bütün günahları tərk etməkdir.

Soruşdular:
-Yaxın nədir? Və ondan da yaxın olan nədir?
Buyurur:
-Yaxın olan qiyamət, ondan da yaxın olan ölümdür.

Soruşdular:
- Qəribə nədir?Və ondan da daha qəribə olan nədir?
Buyurur:
- Qəribə olan dünya, ondan da qəribə olan dünyaya olan məhəbbətdir.

Soruşdular:
-Çətin nədir? Və ondan dadaha çətin olan nədir?
Buyurur:
- Çətin olan qəbr evi, ondan da çətin olan qəbr evinə əliboş getməkdir.

Elə isə beş şeyin qədrini beş şeydən əvvəl bilin:

* Qocalıqdan əvvəl cavanlığın.
*Yoxsulluqdan əvvəl sərvətin
* Xəstəlikdən əvvəl sağlamlığın
*Boş əyləncədən əvvəl səmərəli vaxtın
*Ölümdən əvvəl həyatın .


Tarix: 03.12.2014 / 17:01 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar