beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşamaq Arzusu Barədə Hekayə

Bir dəfə uzunqulaq quyuya düşdü və yardım çağırmaq üçün yanıqlı-yanıqlı anqırmağa başladı. Onun qışqırıqlarını eşidən sahibi qaçaraq gəlir və əllərini [çarəsizlikdən] yana salır - Axı, uzunqulağı quyudan çıxartmaq mümkün deyildi.

Bu zaman uzunqulağın yiyəsi bu cür götür-qoy etdi: "Uzunqulağım artıq qocadır və ömrünə də çox qalmayıb. Onsuz da, mən cavan uzunqulaq almaq istəyirdim. Həm də, bu quyu da çoxdan quruyub və mən bunu doldurub, yenisini qazmaq istəyirdim. Elə isə, niyə görə bir dəfəyə iki dovşanı birdən vurmayım - quyunu dolduraram, bununla bərabər uzunqulağı da basdıraram."

Bir az düşündükdən sonra qonşularını çağırdı. Hamı əlinə bir bel alaraq, dostcasına quyuya torpaq atmağa başladılar. Uzunqulaq məsələnin nə yerdə olduğunu anladı və daha da yanıqlı, həm də daha bərkdən anqırmağa başladı! İnsanların uzunqulağa yazığı gəlirdi, buna görə də onu daha da tez bastırmağa çalışırdılar.

Lakin, bir müddət sonra uzunqulaq susdu. Yiyəsi quyuya baxdıqda, növbəti mənzərənin şahidi oldu. Uzunqulağın kürəyinə hər dəfə torpaq parçası düşərkən o, silkələnir və ayaqları ilə [torpaq parçalarını] basıb əzirdi. Bir müddət sonra hamının təəccübünə səbəb olacaq tərzdə, artıq yuxarıya çatıb, quyudan bayıra tullanmışdı!...bu heyvanlarin timsalinda insanlara hesr edilmiw ehvalatdir..yeqin oxuyan her kes bawa duwdu ne mena kesb etdiyini ...


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar