beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

100 İLİN 1 GÜN KİMİ KEÇMƏSİ BARƏDƏ

“Və ya dam-divarı uçub-batmış bir kənddən keçən şəxsin (əhvalatını görmüsənmi?) o: “Görəsən Allah bu kənd(in əhlini) ölümündən sonra necə dirildəcək?”- dedikdə, Allah onu yüz il ölü saxladı, sonra diriltdi. (Allah) buyurdu: “Nə qədər dayanmısan (ölüm halında qalmısan)?” Dedi: “Bir gün və ya bir günün bir hissəsi qədər dayanmışam”. (Allah) buyurdu: “Yox, əksinə yüz il dayanmısan; bir bax təamına və içdiyin içməliyə (suyuna); hələ də (iyi-qoxusu) dəyişilməmişdir və bir də öz ulağına bax! (gör necə çürümüşdür!) beləliklə səni insanlar üçün (məad barəsində) bir nişanə etdik. Sümüklərə bax! (gör) onları necə qovuşduracağıq, sonra da onları ət ilə örtəcəyik”. Ona bunlar aydın olanda həmən: “Bilirəm ki, Allah hər şeyə qadirdir”,- dedi”. (“Bəqərə” surəsi, 259).

Göründüyü kimi ayə, ölümdən sonrakı həyatın, yəni məadın olduğunu sübut edir. Belə ki, ayədə bir nəfərdən bəhs edilir ki, o, ulağa minərək, xarabalığın kənarından keçirmiş. Yanında yeyəcək və içəcəyi də varmış. Bu xarabalıq vəhşiliklə dağıdılmış bir tikili idi ki, insanların sümüyü hələ də gözə çarpırdı. O, bu mənzərəni görən zaman öz-özlüyündə deyir ki, Allah bu ölüləri necə dirildəcəkdir?

Onun bu sözü inkar və şübhə üzündən deyilməmişdi, əksinə, o, təəccüb edərək, bu sözü fikirləşmişdi. Bu ayədə həmçinin bu insanın bir peyğəmbər olduğuna da işarə edilmişdir. Allah onunla danışırmış. Hədislər də bunu təsdiq edir.

Bu zaman Allah onun canını alır və yüz il sonra onu dirildir. Sonra ona sual verir ki, nə qədər vaxtdır ki, buradasan? O, xəyal edirdi ki, bir gün və bəlkə də ondan da az burada olubdur. O zaman cavab verir ki, bir gün və bəlkə də az. Ancaq ona xitab olunur ki, o, yüz ildir ki, buradadır. “Yeyəcək və içəcəklərinə nəzər sal və gör ki, onlar Allahın əmri ilə bu müddət ərzində dəyişməmişdilər. Ancaq yüz ilin keçdiyini hiss edəsən deyə ulağına bir bax gör necə çürümüşdür. İndi də bax gör onun əzalarını necə cəmləyib dirildəcəyik”. O, bu mənzərəni görən zaman deyir: “Bilirəm ki, Allah hər şeyə qadirdir. İndi isə rahatlıq tapdım və ölülürin dirilməsini hiss orqanlarımla gördüm”.

Bu peyğəmbərin kim olması haqqında təfsirçilər arasında müxtəlif fikirlər vardır. Belə ki, onun Ərmiya, Xızır olduğunu söyləyənlər vardır. Ancaq bu fikirlərdən ən məşhuru onun Əzir peyğəmbər olduğudur. İmam Sadiqdən (ə) gələn hədis də bunu təsdiq edir. (Mənbə: “Təfsiri-nümunə”).


Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar