Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞÜKRÜN MÜHTEVASI

ŞÜKRÜN MÜHTƏVASI

"Açmaq, meydana çıxarmaq" mənasını verən "ş-k-r" kökündən gələn şükr, nemətin bilinməsi və ortaya çıxarılması mənasını verir. Şükrün ziddi, neməti unutma və gizləmə mənasında küfrdür. Bəzilərinə görə də şükr, aynu'ş-şəkra (dolu bulaq) deyimindən gəlib, nemət verənin zikriylə dolu olmağı ifadə edir.

Şükr, üç şəkildə olar. Birincisi, nemətin bilinməsi şəklindəki ürəyin şükrüdür, ikincisi, nemət verənə səna şəklində dilin şükrüdür. Üçüncüsü isə, orqanların nemətlərə qarşılıq verməsi şəklindədir. Bu da açıqcası saleh əməldir. Allah,

آلَ دَاوُودَ شُكْرًا ۚ وَقَلِيلٌ مِنْ عِبَادِيَ الشَّكُورُ

"Ey Davud nəsli! (Bu nemətlərə) şükür edin! Qullarımdan şükür edəni azdır." (Səba; 34/13) buyurur ki, Allaha şükr etmək üzrə etdiyiniz əməlləri edin deməkdir.

Şükrün ziddi nankorluqdur. Bu Quranın bir çox ifadəsində qarşımıza çıxır:

فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ

"Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!" (Bəqərə; 2/152)

وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ ۚ وَمَنْ يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ

"Həqiqətən, Loğmana: “Allaha şükür et!” (deyə) hikmət verdik. Kim (Allahın nemətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun şükürünə möhtac deyildir, (özlüyündə) şükürə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)"(Loğman; 31/12)

وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ

"(Ey camaatım!) Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!" (Ibrahim; 14/7)

فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُوا ۚ وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

"Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!" (Ənam, 6/45)

وَضَرَبَ اللَّهُ مَثَلًا قَرْيَةً كَانَتْ آمِنَةً مُطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِنْ كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللَّهِ فَأَذَاقَهَا اللَّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُوا يَصْنَعُونَ

"Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı." (Nəhl, 16/112)

أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ اللَّهِ هُمْ يَكْفُرُونَ

"Onlar batilə inanıb Allahın ne'mətini inkarmı edirlər?" (Nəhl, 16/72, bax: Ənkəbut; 29/67) Bu ayədə, batilə inanmaqla nankorluq etmək arasında bir bağ qurulması maraqlıdır.

Quran bəzən şükrü imanla, nankorluğu də küfr olaraq xarakterizə edir. Bu möminin psixoloji dünyasında şükrün nə cür əhəmiyyətli olduğuna işarə edir.

أَلَمْ تَرَ إِلَى الَّذِينَ بَدَّلُوا نِعْمَتَ اللَّهِ كُفْرًا وَأَحَلُّوا قَوْمَهُمْ دَارَ الْبَوَارِ

"(Ya Rəsulum!) Məgər Allahın nemətini küfrə dəyişənləri (Allaha nankor olan Qüreyş kafirlərini) və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi?" (Ibrahim; 14/28) ayəsində keçən "neməti küfrə dəyişmə" şükürsüzlüğün inkarla eyni istiqamətdə olduğunu izah edir. Ənkəbut; 29/65-cı ayədə də nankorluq, şirki təsvir edir:

فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ

"(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarındanqorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar."

Çünki, neməti inkar Allahı inkara yönələn yola doğru bir addımdır. Nemətə qarşı küfr, Quranda şükrün tərki mənasını verdiyi kimi əksəriyyətlə inkarçının Allahın nemətlərini görməməzlikdən gəlmə, Allaha qarşı təvazö yerinə özünü yetərli hiss etmə; Ona boyun əymə yerinə qürura qapılma şəklində və imana tam əleyhdar vəziyyətini ifadə edir. İnkarçılar da sahib olduqları imkan və zənginlikləri tamamilə özlərindən bilib, Allaha ehtiyac hiss etməmə (istiğna) həyasızlığına yetişərlər.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 120 Bölmə: Maraqlı melumatlar
loading...