beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam Hüseyn (ə) şəhadəti günüdür

Hicrətin 4-cü ili Şəban ayının 3-də Həzrəti Əli (ə) və Fatimənin (ALLAH onlara rəhmət eləsin) ikinci övladı vəhy və vilayət evində dünyaya gəldi. Elə ki, uşağın dünyaya gəlmə xəbəri islamın əziz Peyğəmbərinə (s) çatdı Həzrəti Fatimənin evinə gəldi. Əsmayə buyurdu ki, uşağı gətirsin. Əsma onu ağ parçaya bükdü, Peyğəmbəri-əkrəmin hüzuruna gətirdi. O, əziz uşağın sağ qulağına azan və sol qulağına iqamə dedi .Anadan olan ilk günlər, ya yeddinci günü ALLAHın vəhylərini gətirən-Cəbrail gəldi və dedi:

- ALLAHın salamı sənə olsun, ey ALLAHın Peyğəmbəri. Bu dünyaya yeni gələn uşağa Harunun kiçik oğlu Şəbirin (ərəbcə Hüseyn deməkdir) adı qoyulur.

Çün Əli (ə) sənə Harun İmran oğlu Musaya olan kimidir. Onlardan əlavə siz Peyğəmbərlərin axırıcısınız. Beləliklə də əzəmətli Hüseyn adı Fatimənin ikinci övladına ALLAH tərəfindən seçilibdir.

Anadan olmasının 7-ci günü Fatimeyi Zəhra (ALLAHın rəhməti ona olsun) oğlu üçün Əqiqə (İslam mənbələrində Əqiqə haqda çoxlu sifarişlər var, uşağın sağlamlığı üçün çox təsirli biliblər) bir qoyun kəsdi. O, Həzrətin başını qırxdırdı, başının tükü ağırlığında gümüş sədəqə verdi.

Hüseyn ibn Əli (ə) hicrətin 4-cü ili anadan oldu. Peyğəmbər (s) ondan 6 il neçə aysa sonra vəfat etdi. Həzrət Peyğəmbər (s) imam Hüseynə (ə) elədiyi lütfü mərhəmətindən üçüncü rəhbərin böyüklüyü və məqamı camaata məlum olurdu.

Salman Farsi deyir:
Gördüm ki, Həzrəti Peyğəmbər (s) Hüseyni (ə) dizi üstünə alıb, onu öpdü və dedi:

"Sən özün böyük adamın oğlu və böyüklərin atasısan. Sən ALLAHın höccəti, ALLAHın höccətinin oğlu, ALLAHın höccətlərinin atasısan ki, onlar 9 nəfərdir. Onların axırı Qaim (imami-Zaman əcələllah) olacaqdır.

Üns ibn Malik belə nəql edir:
Peyğəmbər (s)dən soruşdular ki, ailə üzvlərindən (əhlibeytdən) kimi çox istəyirsən? Buyurdu: -Həsən və Hüseyni.
Peyğəmbəri-Kirami dönə-dönə Həsən və Hüseyni sinəsinə basıb, onları iyləyirdi və öpürdü. Müaviyənin muzdurlarından Əbu Hüreyrə Həzrət Əli övladlarının düşməni idi. O etiraf edirdi ki, Peyğəmbər-Əkrəmi gördüm ki, Həsən və Hüseyni (ə) çiyninə mindirib, bizim tərəfə gəlir. Elə ki, bizə çatdı, buyurdu ki, hər kəs mənim bu iki övladımı sevsə (dost tutsa) məni sevir (dost tutur), hər kəs onlarla düşmənçilik etsə mənimlə düşmənçilik edir.

Peyğəmbərlə imam Hüseyn arasında ali, səmimi və daha aydın,mənəvi və mələküti bağlılığı Həzrəti Peyğəmbərin (s) cümləsində görmək olar. ALLAHın əziz Peyğəmbəri (s) buyurdu:

-Hüseyn məndən, mən də Hüseyndənəm.

Ömrünün 6 ili böyük Peyğəmbərlə (s) birlikdə keçdi. ALLAHın peyğəmbəri dünyadan gedəndən sonra 30 il atası ilə birlikdə yaşadı. O, ata ki, insafdan qeyri hökm vermədi, təmizlik və bəndəlikdən qeyri iş görməyib. ALLAHdan qeyri heç nə görmədi. ALLAHdan heç nə istəmədi, ondan qeyri heç nə tapmadı. Bir ata ki, hakimiyyəti dövründə onu bir an rahat qoymadılar. Xilafəti qəsb olunan zaman əziyyətdən qeyri bir iş görmədi. Bütün bu müddətdə imam Hüseyn can-başla atasının əmrini yerinə yetirdi. Bir neçə il ki, Həzrəti Əli (ə) zahiri xilafətdə idi. Həzrəti Hüseyn islami hədəflərini həyata keçirmək üçün qardaş kimi fədakar əsgər oldu. Çox çalışdı."Cəməl", "Suffeyn" və "Nəhrivan" müharibələrində iştirak etdi. Beləliklə də atası Əmir-əl-Mömindən (ə) və ALLAHın dinini himayət edirdi. Hətta bəzən xilafəti qəsb edənlərə etiraz edirdi. Ömərin höküməti zamanı imam Hüseyn (ə) məscidə daxil olub, ikinci xəlifəni Peyğəmbər (s)ın mənbərində danışan gördükdə bir başa mənbərə çıxdı və fəryad elədi, atamın mənbərindən aşağı düş...


Tarix: 03.12.2014 / 16:12 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqlı melumatlar