beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏMİN QIZMAR İSTİSİ VƏ SƏRT SOYUĞU

Allah-taala buyurur: «...Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (mö’minlərə): "Bu istidə döyüşə çıxmayın!" - dedilər. (Ya Peyğəmbərim!) De: "Cəhənnəm odu daha istidir!" Kaş biləydilər!»

Ömər (Allah ondan razı olsun!) deyərdi: «Cəhənnəmi tez-tez yada salın. Çünki onun istisi şiddətli, dibi dərin və toppuzları isə dəmirdəndir». Bu rəvayəti Tirmizi nəql etmiş, Albani isə onu səhih adlandırmışdır.
Allah-taala Cəhənnəmin güclü və gücün öz sakinlərinə göstərdiyi təsirin daha uzunmüddətli olmasını açıq-aşkar bəyan edərək buyurur: «Biz onu Səqərə atacağıq (orada yandıracağıq). (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz!»
Həqiqətən də Cəhənnəm hər şeyi udar, hər şeyi dağıdar, heç kəsi sağ qoymaz, salamat buraxmaz, sümüyə çatana qədər dərini yandırar, qarınlarda olanları əridər, ürəkləri yandırıb yaxar.
Buxari və Müslimin Əbu Hüreyrədən rəvayət etdikləri bir hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) belə buyurur: «Adəm övladını yandıran sizin bu atəşiniz [günəşiniz] Cəhənnəm atəşinin yetmiş parçasından biridir». Səhabələr: «Ey Allahın elçisi! Allaha and olsun ki, elə bu [Cəhənnəm əzabı üçün] bəs edər» – dedilər. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurdu: «Onun üzərinə Hər birinin istisi onun istisi kimi olan altmış doqquz parça da əlavə edilmişdir».
Cəhənnəmdə əzab növlərindən biri də sərt soyuqdur. Bu barədə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) bir hədisində belə buyurur: «Cəhənnəm Tanrıya şikayət edərək: “Ey Tanrım! Özüm özümü yeyirəm. İcazə ver bir az da nəfəs alım” – deyir və Allah-taala da ona biri qış, biri də yayda olmaq şərtilə ildə iki dəfə öz nəfəsini [Cəhənnəmdən kənara, yəni bu dünyaya] buraxmaq üçün icazə verir. Beləliklə, sizin [yayda] keçirdiyiniz ən isti hava onun səmumu, [qışda] yaşadığınız ən soyuq gün isə onun sərt soyuğudur». Hədisi Buxari və Müslim rəvayət etmişdir.


Tarix: 04.05.2013 / 11:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Maraqlı melumatlar