beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unutmaq

Yolçu gecəni məsciddə keçirməyi qərara aldı. Həm ac, həm də susuz idi. Kənardan onun çox yoxsul 1 adam olduğunu görmək də çətin deyildi. Qaranlıq düşəndən sonra arxasında 1 hənirti eşitdi. Öz-özünə: "Qalx", - dedi, - "Qalx! Bəlkə, gələn xeyirxah 1 adamdır. Bəlkə səni namaz qılan yerdə görüb ürəyi yandı". Və namaz qılmağa başladı. 1 tərəfdən, namaz qılır, 1 tərəfdən də, arxasındakı adamı düşünürdü. Sonra dan yeri ağardı. Yolçu adamı görmək üçün yavaşca arxaya döndü. Ancaq arxada hissiz baxışlarla ətrafa tamaşa edən itdən başqa heç kim yox idi. Bu vaxt yolçu ağlamağa başladı və ağlaya-ağlaya: "Deməli, mən bütün gecəni 1 itdən mərhəmət ummaq üçün ibadət etdim. Halbuki mərhəməti ilə bütün dünyanı bürüyən Allahı unutdum", - dedi.


Tarix: 08.06.2013 / 13:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar