beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FƏZADAKI MƏSAFƏLƏR ALLAHIN ELMİ İLƏ NİZAMLANMIŞDIR

Göy cisimlərinin fəzadayayılması və aralarındakı nəhəng boşluqlar dünyada canlı həyatın mövcud ola bilməsi üçün vacibdir. Göy cisimləri arasındakı məsafələr dünyadakı həyatı dəstəkləyəcək şəkildə bir çox universal güclə ahəngdar olanbir hesab daxilindəyerbəyer edilmişdir.

Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem, kainatın içindəki digər ulduzlara görə orta kiçiklikdə bir ulduz olan Günəşin ətrafında fırlanmaqdaolan doqquz planetdən və onların əlli dörd peykindən meydana gəlir. Dünya, sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

Əvvəl bu sistemin böyüklüyünü qavramağa çalışaq. Günəşin diametri, Dünyanın diametrinin 103 misli qədərdir. Bunu bir bənzətməklə açıqlayaq; əgər diametri 12.200 km. olan Dünyanı bir kiçik kürə böyüklüyünə gətirsək, Günəş də bildiyimiz futbol toplarının iki misli qədər böyüklükdə yumru bir kürə halına gəlir. Amma əsl maraqlı olan, aradakı məsafədir. Həqiqətlərəuyğun bir model qurmamız üçün, kiçik kürə böyüklüyündəki Dünya ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etmək lazımdır. Günəş Sisteminin xaricində olan planetləri isə kilometrlər tərəfindən kənara daşımamız lazım olacaq.

Ancaq bu qədər nəhəng bir ölçüyə sahib olan Günəş Sistemi, içində olduğu Süd yolu qalaktikasına nisbətlə olduqca təvazökardır. Çünki Süd yolu qalaktikasının içində, Günəş kimi və çoxu ondan daha böyük təxminən 250 milyard ulduz vardır. Bu ulduzların içində Günəşə ən yaxın olanı Alpha Centauridir. Əgər Alpha Centaurini, Dünyanın misket böyüklüyündə olduğu və Günəş ilə Dünyanın arasının 280 metr tutduğu ölçüyə yerləşdirsək, onu Günəşin 78 min kilometr uzağına qoymaq lazımdır!

Modeli bir az daha kiçildək. Dünyanı gözlə çətin görülən bir toz zərrəsi qədər edək. Bu zaman Günəş qoz böyüklüyündə olacaq və Dünyaya üç metr məsafədə yer alacaq. Bu ölçü içində Alpha Centaurini isə Günəşdən 640 kilometr uzağa qoymaq lazımdır. Süd yolu qalaktikası, baxbu cür aralarında inanılmaz məsafələr olan 250 milyard ulduzu saxlayar. Spiral şəklindəki bu qalaktikanın
qollarının birində, bizim Günəşimiz yerləşir.

Ancaq maraqlı olan, Süd yolu qalaktikasının da kosmosu ümumi düşündüyümüzdə çox “kiçik” bir yer tutmağıdır. Çünki kosmosda başqa qalaktikalar da vardır, həm də təxminən 300 milyard qədər! Bu qalaktikaların arasındakı boşluqlar isə, Günəş ilə Alpha Centauri arasındakı boşluğun milyonlarla misli qədərdir.

Göy cisimlərinin bir-birlərinə olan uzaqlıqlarındakı möcüzə

Göy cisimlərinin fəzada yayılmasıvə aralarındakı bu nəhəng boşluqlar Dünyada canlı həyatının mövcud ola bilməsi üçün vacibdir. Bu məsafələr planetlərin orbitlərini hətta varlıqlarını bir başa təsir edir. Məsafələr bir qədər daha az olsaydı, ulduzlar arası məsafə çəkmə gücüplanetlərin orbitlərini qərarsız hala gətirəcəkdi. Bu qərarsızlıq isə planetlərdə çox istilik dəyişmələrinə gətirib çıxaracaqdı. Əgər uzaqlıqlar bir az daha çox olsaydı, süpernovalarla fəzaya atılan ağır elementlərin yayılmasıçox seyrək olacaq və Dünya kimi dağlıq planetlər meydana gələ bilməyəcəkdi. Ulduzlar arasındakı bu an var olan boşluqlar bizimki kimi bir planet sisteminin var ola bilməsi üçün ən ideal məsafəyə malikdir. (www.evreninyaratilisi.com)

Məşhur biokimya professoru Michael Denton da, “Nature's Destiny” (Təbiətin taleyi) adlı kitabında belə yazır:

Süpernovalar (İfrat yeni ulduz) və əslində bütün ulduzlar arasındakı məsafələr çox qarışıq bir mövzudur. Qalaktikamızda ulduzların bir-birlərinə uzaqlığı orta hesabla 30 milyon mildir. Əgər bu məsafə bir qədər daha az olsaydı, planetlərin orbitləri qeyri-sabit hala gələrdi. Əgər bir qədər daha çox olsaydı, bir süpernova tərəfindən paylanan maddə o qədər dağınıq hala gələcəkdi ki, bizimkinə oxşar planet sistemləri böyük ehtimalla heç vaxt meydana gələ bilməyəcəkdi. Əgər kainat yaşamaq üçün uyğun əlverişli bir məkan olacaqdırsa, süpernova partlayışları çox müəyyən bir nisbətdə həyata keçməli və bu partlayışlara digər bütün ulduzlar arasındakı uzaqlıq çox aydınbir uzaqlıq olmalı idi. Bu uzaqlıq hal-hazırda mövcud olan uzaqlıqdır.

Prof. Corc Greenstein də bu ağla sığmaz böyüklüklə əlaqədar The Symbiotic Universe (Simbiyotik Kainat) adlı kitabında belə yazır:

Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsalar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, nebulalarda və digər göy cisimlərində davam edən təməl fiziki əməliyyatlarda heç bir dəyişmə həyata keçməzdi. Uzaq bir nöqtədən baxıldıqda, qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq, gecə çəmənlər üzərinə uzanıb izlədiyim səmada daha çox ulduzolardı. Amma bir fərq daha olardı: Bu mənzərəni seyr edəcək olan “mən” olmazdım... Kosmosdakı bu nəhəng boşluq, bizim varlığımızın bir ön şərtidir. (www.harunyahya.org)

Greenstein bunun səbəbini də açıqlayar; kosmosdakı böyük boşluqlar, bəzi fiziki dəyişikliklərin tam insan həyatına uyğun şəkildə formalaşmasını təmin etməkdədir. Ayrıca Dünyanın, fəza boşluğunda gəzişən nəhəng göy cisimləri ilə vuruşmasına maneə törədən faktor da, kainatdakı göy cisimlərinin bu cür böyük boşluqlarla dolu olmasıdır.

Qısacası kainatdakı göy cisimlərinin yayılması, insanın həyatı üçün tam olması lazım olan ölçülərdədir. Nəhəng boşluqlar, təsadüfi ortaya çıxmamışdır, məqsədli bir yaradılışın nəticəsidirlər. (www.imanhakikatleri.com) (www.imanheqiqetleri.com)

Sonsuz hikmət sahibi olan Allah, Quranda, göylərin və yerin bir məqsədlə yaradıldığını bir çox ayədəbildirmişdir:
Biz, göyləri, yeri və hər ikisinin arasındakılarını haqqın xaricində yaratmadıq. Heç şübhəsiz o saat da yaxınlaşaraq-gəlməkdədir; elə isə (onlara qarşı) gözəl davranışlarla davran. (Hicr Surəsi, 85)

Biz, göyləri, yeri və ikisi arasında olanları bir “oyun və əyləncə mövzusu” olsun deyə yaratmadıq. Biz onları yalnız haqq ilə yaratdıq. Ancaq onların çoxu bilməzlər. (Duxan Surəsi, 38-39)


Tarix: 24.11.2014 / 12:51 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar