beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ORUCUN SONSUZ FƏZİLƏTLƏRİ

İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən
(s) nəql etmişdir: “Sizi elə bir şeydən
xəbərdar edim ki, əgər yerinə
yetirsəniz, şeytan sizdən şərqlə qərb
arasında olan fasilə qədər uzaqda
olar?” Dedilər: “Bəli”. Buyurdu: “Oruc simasını qaraldar, sədəqə belini
sındırar, Allah yolundakı dostluq və
əməlisalehə kömək etmək köklərini
qət edər, tövbə damarlarını ayırar.
Hər bir şeyin zəkatı vardır və
bədənin zəkatı da orucdur”. (Erfan) Həzrət Peyğəmbərdən (s) yenə nəql edilir: “Oruc tutan Allahın ibadətindədir, baxmayaraq, ki,
yatağında yatmış olsun. Ancaq o
zamana qədər ki, müsəlmanın
qeybətini etməsin”. İmam Sadiq (ə) buyurur: “O insan ki, isti günlərdə oruc tutar və kəskin
şəkildə susuzlayar, Allah minə qədər
mələyi ona hakim edər ki, üzünü
sığallasınlar və ona Allahın
inayətini müjdə versinlər. İftar edən
zaman Allah buyurar: “Necə gözəldir iyin və ruhun. Ey mələklər,
şahid olun ki, Mən onu bağışladım”. İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir: “Oruc tutanın yuxusu ibadət və nəfəsi təsbihdir”. Altıncı İmam buyurur: “Oruc tutan üçün iki sevindirici hal vardır: biri
iftar vaxtı və o birisi Allah-Təala ilə
görüşən zaman”. Əmirəl-möminin (ə) dünyadan gedən zaman vəsiyyət etmişdi: “Sənə orucu sifariş edirəm, çünki oruc
bədənin zəkatıdır”. Həzrət Peyğəmbər (s) Mütəal Allahın adından buyurur: “Adəm övladının bütün əməli özü üçündür. Orucdan
başqa ki, o, Mənim üçündür. Mən
ona mükafat verərəm, oruc
möminin Qiyamət günü
cəhənnəmdən qalxanıdır. Oruc
tutanın ağzının iyi Allah yanında müşk iyindən də ətirlidir. Oruc tutan
iki halda sevinir: iftarını yeyən və
içən zaman və o zaman ki, Mənimlə
görüşə nail olar. Bəs onu behiştə
daxil edərəm”. İmam Sadiqdən (ə) nəql edilir: “Oruc qalxandır, dünya bəlaları və
hadisələri qarşısındakı qalxandır.
Axirət əzabları qarşısındakı
maneədir. O zaman ki, oruc
tutursan, bu işləri də orucun yanında
niyyət et: dini olmayan istəklərdən, o şey ki, orucun zahir və batinini
aradan aparar, şeytanın
addımlarının üzərinə addımlarını
qoymaqdan, özünü yeməyə və
içməyə meyli olmayan xəstə kimi
aparmaqdan çəkinmək. Daxilini, səni həqiqət və ixlasdan
uzaqlaşdıran zülmət və qəflətdən
pak et”. Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, Allah-Təala elan etmişdir ki, oruc
Mənim üçündür və Mən də onun
mükafatını verəcəyəm. Oruc nəfsin bəyənilməyən istəklərini
məhv edər, oruc şəhvət və heyvani
hissləri aradan aparar. Qəlbin səfası
orucun məhsuludur. Üzvlərin təharəti,
zahir və batini abadlığı orucun
nəticəsidir. Nemətə şükür etmək və yoxsullara yaxşılıq etmək - orucun
meyvəsidir. Oruc günahları azaldar və
həsənələri artırar. Orucun faydalarını
saymaqla bitməz. Həzrət İmam Sadiq (ə) əziz
Peyğəmbərdən (s) nəql edir: “Dörd
nəfərin duası geri qayıtmaz. Göylərin
qapıları onların dualarına açıqdır
və ərşə qədər gedər. Atanın övladına
etdiyi dua, məzlumun ona zülm edənin əleyhinə etdiyi dua, ümrəyə gedənin
gələnə qədər etdiyi dualar və oruc
tutanın iftar zamanı etdiyi dua”.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 133 Bölmə: Maraqlı melumatlar