beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mədinəyə Hicrət.

Mədinəyə Hicrə

Hezret Peyğember (s) vehy meleyi vasitesi ile müşriklerin planından xeberdar olmuşdu. Peyğemberimizin canını qorumaq üçün, o gece onun yerinde yatan heyatını tehlükeye atan hezret Eli (e) olmuşdu. Peyğember (s) gecenin qaranlığından istifade edib Mekkeden çıxaraq Medineye yola düşmüşdü. Ele hemin gece müşrikler peyğemberimizin evine basqın etmişdi, lakin yataqda hezret Elini gordükde teeccüblenib tezlikle Peyğemberi (s) te`qib etmeye başlamışdılar. Ancaq bu işden de heç bir netice almayıb Mekkeye qayıtmaq mecburiyyetinde qalmışdılar.

Eziz Peyğemberimiz (s) doqquz günden sonra çox çetinlikle ve ağır zehmetle Medine yaxınlığındakı Quba adlı bir menteqeye yetişdikde burada xalq terefinden tenteneli şekilde qarşılandı.

Hezret Peyğemberin (s) orada gordüyü ilk iş mescid tikdirmek oldu ki, hem camaatın ibadet ehtiyaclarını te`min etsin, hem de müselmanların yığıncaq merkezine çevrilsin. Medine ehalisi boyük şovqle Quba mescidini tikdiler. Inşaat işlerinde Peyğemberimizin ozü de iştirak edirdi.

Mescid tikintisi qurtardıqda ilk defe olaraq cüme namazı orada qılındı ve birinci xütbeni de hezret Peyğember (s) ele hemin mescidde oxudu. Mekkede oz yerine nümayende olaraq qoyduğu hezret Eli (e) ve onunla birlikde gelmeli olan Beni Haşim qadınlarının hemin şehere yetişmesi üçün hezret Peyğember bir müddet Qubada qalmalı olmuşdu.

Hezret Eli (e) Mekkede üç gün qalaraq xalqın hezret Peyğemberin (s) yanında olan emanetlerini sahiblerine qaytardı. Daha sonra Beni Haşim qadınları ile birlikde gece yarısı Medineye yola düşüb Qubada Peyğemberimize çatdı.

Hezret Peyğember (s), hezret Eli (e) ve qadınlarla birlikde Medine ehalisinin coşqun ve heyecanlı qarşılama merasimi altında şehere daxil olmuşdu. Hamı Peyğemberimizi (s) oz evine qonaq aparmaq isteyirdi. Ancaq hezret Peyğember (s) bele buyurdu: «Devemin qabağından çekilin, deve kimin evinin onünde yatsa, qalacağım yer de ora olacaq».

Deve Medinenin dar ve qarışıq küçelerinden irelileyib axırda Ebu Eyyub El-Ensarinin evinin onünde yere çokdü. Belelikle Peyğemberin (s) qalacağı yer me`lum oldu.

Hezret Peyğemberin (s) Medinede ilk fealiyyeti oz risaletini tebliğ edib, islamı yaymaq üçün tikdirdiyi mescid oldu.

Sonra ise yehudilerin tehriki neticesinde yaranan ve 120 il davam eden Ovs ve Xezrec qebileleri arasındakı düşmençiliye son qoydu.

Peyğemberimiz mühacirlerin Ensara artıq zehmet vermemesi ve bir-birleri ile qardaş kimi yaşamaları üçün aralarında qardaşlıq merasimi teşkil etdi. Medine iqtisadiyyatının nebzini ellerinde tutan yehudiler ise ozlerini ciddi bir tehlükede hiss edib müselmanlarla pis reftar etmeye başladılar.

Onlar müselmanların vehdetini pozmağa ve onları bir-birine qarşı düşmen etmeye çalışırdılar. Amma dahi Peyğemberimiz onların bu planlarını puça çıxardı.


Tarix: 03.12.2014 / 15:21 Müəllif: Aziza Baxılıb: 273 Bölmə: Maraqlı melumatlar