Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHIM Ile

İ'manındır sənin əl dəymə cücərmiş toxuma,
Onun ətra'fını məftilli tikannan toxuma.
Fələyin sən bu gedişa'tına meydan oxuma,
Sıxar ı'manı gedən qəlbini dəzgahı ilə.

Bizi dünyayə böyük Həqqi Tə'ala yaradır,
Hər bir insanda Xuda bir cürə sevda yaradır,
Leyli eşqində olan kəslərə səhra yaradır,
Tanrı aşiqləri dərya qurudur ahı ilə.

Həsənin içdiyi bir badə zəhərnən doludu,
Hüseyn bizlərə mərdlik, kişilik simvoludu.
Əlinin getdiyi yol Ali ədalət yoludu,
Yetecek Allaha kim getsə Əli rahı ilə.

Şeytanın xəncərini möminin i'manı kəsir,
Qəlbi həsrətlə namaz vaxtını gözlər tələsir,
Çırpınır quş kimi köksündə ürək tir-tir əsir,
Üz-bə-üz başlayacaq söhbətə Allahı ilə.

Qəlbimin eşq ilə möhkəm qurulubdur təməli,
Ahu-fəryad edirəm olmuşam aləmdə dəli,
Rehmanin sevdiyi cananı gözəllər gözəli,
Eyni nisbətdə durur asimanın mahı ilə.

Hər nökər əhd eləyir bir zaman öz şahı ilə,
Sonra dünyayə gəlir aldanır iştahı ilə.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 122 Bölmə: Maraqlı melumatlar
loading...