beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şərab və içki içmək haqqında 40 hədis

1 - Həqiqətən şeytanın iradəsi budur ki, aranızda içki və qumar vasitəsilə düşmanlıq və buğz törətsin, sizi Allahın zikrindən və namazdan qafil etsin. Onlardan əl çəkməyəcəksiz?

2 - İmam Rza (ə) buyurub:
Allah elə bir Peyğəmbər göndərməyib ki, içki içməyi haram etməsin və ona anlatmasın. Allah istədiyi işi görə bilər və mirasında kundur (Onun mirası dəyərli) olar.

3 - Seyyid ibn Tariq Peyğəmbərdən (s) içki haqqında sual etdi və Nəbi (s) içməsini nəhy etdi.
Seyyid dedi: Dəva üçün düzəldilməsi necədir?
Buyurdu: İçki dərddir, dəva deyildir.

4 - Rəsulullah (s) buyurdu:
Allah içkini, onu hazırlayanı, saxlayanı, məsrəf edəni, bağışlayanı, alanı, satanı, pulunu xərcləyəni, daşıyanı və içki düzəlməyə yardım edəni lənətləmişdir.

5 - Rəsulullah (s) buyurur:
Hər kim içki içsə iman nuru onun qəlbindən çıxar.

6 - Rəsulullah (s) buyurur:
Heç zaman içki ilə iman insanın qəlbində və ürəyində bir yerə yığılmaz.

7 - Rəsulullah (s) buyurur:
Hər kəs öz qəlbində olan Qur'an ayəsini və ya bir sözünü içki ilə bulasa, Qiyamət günü Qur'an onunla düşmənlik edər.

8 - Rəsulullah (s) buyurur:
İçki içən qula deyin, ərsəsi açıqdır. İçki içsə, Allah onun pərdəsini yırtar, şeytan isə onun vəlisi və göz-qulağı olar. Onu şərə çəkər və xeyirdən çəkindirər.

9 - Rəsulullah (s) buyurur:
Hər kəs içki içənə salam versə və ya onunla öpüşsə, yaxud onunla qol-boyun olsa, Allah onun qırx illik əməlini aradan aparar.

10 - Peyğəmbər (s) buyurub:
Yəhudiyə və nəsariyə salam verin, lakin içki içənə salam verməyin.İçki içən sizə salam versə, cavab verməyin.
araq,içki,şərab


11 - İmam Sadiq (ə) buyurub:
İçki içən ilə oturub durmayın.Çünki lənət nazil olsa, məclisdə olanların hamısını tutar

12 - Rəsulullah (s) buyurub:
Yəhudi və nəsari ilə qonşuluq, içki içənlə qonşuluqdan yaxşıdır.İçki içənə sədəqə verməyin, ona sədəqə versəz peşmanlıq çəkərsiz.

13 - İslam Peyğəmbəri (s.ə.v.v) ölüm qabağı buyurdu:
Namazını kiçik sayan adam məndən deyildir. Allaha and olsun ki, o, Kövsər suyuna girməz. Məst edici bir şey içən məndən deyildir. Allaha and olsun ki, o, Kövsər suyuna girməz.

14 - Peyğəmbər (s) buyurub:
Allaha və Qiyamət gününə imanı olan kimsə, içki içilən süfrə başında oturmaz.

15 - Əbi Əbdillah (ə)-dan:
Dörd bölüm insan Cənnətə girməz: cadugər, münafiq, davamlı içki içən və söz aparıb gətirən.

16 - Rəsulullah (s) buyurub:
Hər kim bir qurtum içki içsə, səksən zərbə qirbac (qamçı) vurun.

17 - Nəbi (s) buyurub:
Hər kim içki içsə qırbaclayın, ikinci və üçüncü dəfə içsə yenə qırbaclayın, dördüncü dəfə içsə öldürün.

18 - Nəbi (s) buyurub:
İçki içən məl'undur, bütlərin quludur. Qiyamət günündə isə, Firon və Hamanla məhşur olar.

19 - Allahın Rəsulu (s) buyurub:
Məni haqla məb'us edənə and olsun, içki içən susuz ölər, qəbrdə susuz qalar, Qiyamət günü qalxanda susuz qalxar və bağırar: yandım min il!

20 - Allahın Rəsulu (s) buyurub:
Məni haqla məb'us edənə and olsun, içki içən Qiyamət günü qara üz, abı göz, əyri dodaq və suyu ayaqlarınadək axaraq zahir olar.

21 - Allahın Rəsulu (s) buyurub:
İçki içən qəbrindən qalxarkən gözlərində "Allah rəhmətindən məyus ol!" oxunar.

22 - Allahın Rəsulu (s) buyurub:
İçki içənə mənim şəfaətim yetişməz, Allaha and olsun ki, o, Küvsər hovuzuna girməz.

23 - Allahın Rəsulu (s) buyurub:
Qiyamət günü Allah dörd adama baxmaz: ağ valideyn, minnət qoyan, qədri danan, daimi içki içən adama.

24 - Əmirəl-mu'minin Əli (ə) buyurur:
Hər zaman içki içən mudmin Allahı (c.c) bütpərəst abid kimi yad edər. Hacər ibni Ədi soruşdu: Ya Əmirəl-mu'minin, mudmin kimdir? Buyurudu: İçki tapanda içən adamdır.

25 - Allahın Rəsulu (s) buyurub:
İçki içən üçün 360 cür əzab vardır.

26 - Əbu Cə'fər (ə) buyurub:
Kim içki içsə, qırx gün namazı qəbul olmaz, bu günlərdə də namazı tərk etsə, bu əməlinə görə əzabı artar.

27 - Rəsulullah (s) buyurur:
İçki pislikləri anasıdır. Kim içki içsə 40 gün namazı qəbul olmaz və içki qarnında ölsə, cahiliyyət zamanındakı boylu qadınlar kimi ölər.

28 - Rəsulullah (s) buyurur:
İçki içən şeytanın gəlinidir.

29 - Rəsulullah (s) buyurur:
Dörd şey vardır ki, onlardan biri evə girsə, onu viran qoyar və daha düzəlməz: xəyanət; oğurluq; şərab və zina.

30 - Bir kişi Əba Əbdillah (ə)-dan soruşdu: İçki içmək daha pisdir yoxsa tərki səlah (namazı tərk etmək)? İmam (ə) buyurdu: Şərab içmək tərki səlahdan daha pisdir. Soruşdu: niyə? İmam (ə) dedi: İçki onu bir hala salar ki, o, Allahını və onu yaradanını tanımaz.

31 - Müfəzzəl deyir: Əbi Əbdillah (s)-dan soruşdular: Niyə içki haram edilib? O həzrət (s) cavabında buyurdu: Allah içkini onun əməli və törətdiyi fəsada görə harab edib.Çünki içki içəni titrətmə tutar, işığı qaçar, igidliyi dağılar, öz məhrəmlərinə təcavüz etməyə cəsarətlənər, qanı pozular, zina edər, keflənəndə imanını əldən verər, öz hərəminə təcavüz edər, onunla ağıllanmaz.

32 - Rəsulullah (s) buyurur:
Kim şərab içsə qırx gün namazı qəbul olmaz, əgər tövbə etsə Allah üç dəfə tövbəsini qəbul edər, əgər sonra günahını təkrarlarsa, Allah ona "Nəhrul-cinal" içirər. Soruşdular: Nəhrul-cinal nədir? Buyurdu: Cəhənnəm əhlinin qanının çirkabıdır.

33 - Rəsulullah (s) buyurur:
Ey ibni Məs'ud, and olsun məni haqq olaraq göndərən Allaha, bir zaman gələr ki, insanlar içki içmək üçün tələsərlər. Allah, mələkləri və camaatın hamısı onlara lə'nət etsin, mən onlardan uzağam, onlar məndən deyillər.

34 - Həzrət Əlidən (ə) soruşdular:
İçki içmək zinadan və oğurluqdan pisdir? Buyurdu: Bəli, içki içən həm zina edər həm oğurluq. Həm də namazı tərk edər.

35 - Rəsulullah (s) buyurur:
Pisliklərin anası və günahların böyüyü içkidir. Ondan içən öz anasına, xalasına, bibisinə pis baxar.

36 - Rəsulullah (s) buyurur:
İçkidən uzaqlaşın, çünki üzüm ağacının üzümü pillələnib çoxaldığı kimi onun (şərabın) günahından da günah budaqlanar.

37 - Rəsulullah (s) buyurur:
İçki pis işlərin anasıdır.

38 - Əbi Əbdillah (ə) buyurur:
Allah tə'ala bütün şərr əməllərə qıfıl vurubdur və bu qıfılın açarı içkidir.

39 - Rəsulullah (s) buyurur:
Pis əməllərin hamısını bir evə toplasalar açarı şərab içmək olar.

40 - Rəsulullah (s) buyurur:
İçki günahların yığınağı, pisliklərin anası və şərin açarıdır


Tarix: 27.11.2014 / 14:26 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Maraqlı melumatlar