beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ibret Verici Hekaye.her Kes Oxusun

ibret verici dini hekaye
Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral
uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı, hara getsə,
onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti vardı.
Nə iş olsa, “Bunda da bir xeyir var” – deyərdi. Bir gün kral
dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da
ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və
kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə
“Bunda da bir xeyir var”, - dedi. Kralın bu sözə acığı tutdu.
Həm ağrıdan, həm də qəzəbdən, “Sən hansı xeyirdən
danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası
xeyirdir?” – deyə bağırdı. Bununla da qəzəbi soyumadı.
Ovdan qayıdan kimi dostunu zindana atdı.
Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir
qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən
xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub
yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal
qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar.
Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst
olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək
günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey
məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya
qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib
başına gələnləri ona danışdı və “Sən haqlıysanmış.
Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə
zindanda saxladığım üçün məni bağışla”, - dedi. Dostu isə
həmişəki kimi “Yox, bunda da bir xeyir var idi” – deyə cavab
verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?”
– deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını
pozmadan: “Əgər mən zindanda olmasaydım, səninlə birlikdə
ova gedəcəkdim. Sonra da... sonrasını sən məndən yaxşı
bilirsən” – dedi...
Unutmamalıyıq ki, hər bir uğursuzluğun özü də bir uğurdur..


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 189 Bölmə: Maraqlı melumatlar