Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) KƏFİ - KƏFİL

əl-Kəfi – «Məgər Allah öz bəndəsinə kifayət (KƏFİ) deyilmi?». (əz-Zumər 36). Ənəs İbn Məlik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Yatağına girdiyin zaman Əlhəmdulilləhil Ləzi Ətamənə Və Səqanə Və Kəfənə Və Əvənə Fəkəm Mimmə Lə Kəfiyyə Vələ Muviyə – Bizi yedirdən, içirdən, qoruyan (ehtiyaclarımızı qarşılayan) və barındıran Allaha həmd olsun. Neçə qoruyanı (ehtiyacları qarşılanmayan) və barındıranı olmayan kimsələr vardır»
(Müslim 2715. )

Bütün varlılıqların ehtiyaclarını qarşılayan Allahdır. Bu işdə də Onun şəriki və bənzəri yoxdur. Bütün ehtiyaclar yalnız Onun tərəfindən qarşılanır. Buna görə də yalnız Ona ibadət etmək, Ona yönəlmək və Ona ümüd etmək lazımdır.
əl-Kəfil – «Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi (KƏFİL) yerinə yetirin. Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən Allah nə etdiklərinizi bilir». (ən-Nəhl 91). Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Kəfil olaraq Allah ona yetər»
(Buxari 2291. )

İnsanların dini və dünyavi ehtiyaclarını qarşılamayı üzərinə alan Allah həqiqi Kəfildir. Buna görə də çalışan bir kimsənin əməlini boş etməyəcəyini biə xəbər verir. «Şübhəsiz ki, Mən kişi olsun, qadın olsun sizdən bir əməl edənin əməlini boşa çıxarmaram». (Ali İmran 195).
Müsəlman bu İsimləri gözəl mənalarını bildikdən sonra özü də başqa insanların, əlaxüsus da müsəlmanların üzüntülərini, sıxıntılı olan qohum-əqraba və dostlarının sıxıntılarını qaldırmağa çalışmalıdır. Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Hər kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah onu Qiyamət gününün sıxıntılarının bir sıxıntısından qurtarar. Hər kim çətinliyə düşənin çətinliyini yüngülləşdirərsə, Allah da o, kimsəyə dünya və axirətdə asanlıq, yüngüllük verər. Qul öz qardaşına kömək etməyə davam etdikcə, Allah da ona kömək etməyə davam edər…»
(Müslim 2699.)

Əbu Qatadə (R.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Kim istəyirsəki Allah onu Qiyamət gününün əzabından qurtarsın qoy çətinliyə düşənin çətinliyini yüngülləşdirsin və ya ona bağışlasın»
(Müslim 1563. )

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Kim çətinliyə düşənə möhlət versə və ya ona bağışlasa Allah Qiyamət günü heç bir kölgənin olmadığı vaxt onu öz kölgəsində saxlayar»
(Tirmizi. )


Tarix: 05.05.2013 / 14:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Maraqlı melumatlar
loading...