beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möcüzə lap yaxındadır

Deyirlər ki, kamilliyə doğru yol sonsuzdur.Lakin insan orqanizminin imkanları ilə yaxından tanış olduqda, qeyri-ixtiyari bu deyimin doğruluğunu şübhə altına alırsan. Həqiqətən də, heyrətamizdir...

Gün ərzində insanın sümük iliyi 320 milyard eritrosit istehsal edir.

Bir dəqiqə ərzində qara ciyərdən 1,5 litr qan keçir, sutka ərzində isə - 2000 litrə yaxın.

Qorxduqda insanın rəngi ağarır. Orqanizm beləcə potensial yırtıcının hücumundan özünü müdafiə edir və qanı dərinin səthindən daha “dərinə” aparır.

Asqıran zaman insan ürəyinin döyüntüsündə fasilə yaranır. Uzun müddət asqırmaq infarktla nəticələnə bilər.

İnsan orqanizmində mövcud olan bütün eritrositləri yan-yana düzsək, onların uzunluğu Yer kürəsini ekvator boyu 3 dəfə əhatə edə bilərdi.

Zülalların tərkib hissəsi olan 20 amin turşusu 2.500.000.000.000.000.000 müxtəlif zülal birləşməsi kombinasiyasını yaratmağa qadirdir.

Bəziləri iddia edirlər ki, bütün bunlar sırf təsadüfdür. Nə cavab verəsən belələrinə? Ya Rəbbi, göz və qulaq verdiklərinə haqqı görmək və eşitmək nemətini də bəxş et!


Tarix: 04.06.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar