beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏHƏRRƏMLİK AYI VƏ AŞURA ORUCU

MƏHƏRRƏMLİK AYI VƏ AŞURA ORUCU
[ Digər günlər / 578 dəfə baxılıb ]
Məhərrəm ayı Hicri tarixiylə yeni ilin ilk ayı və haram aylardan biri sayılır. Məhərrəm ayı böyük və əzəmətli aydır. Allahu Təala ət-Tövbə surəsinin 36-cı ayəsində buyurur ki: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə'də, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Əbu Bəkrdən (r.a) rəvayət olunduğuna görə Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki; "İl 12 aydan ibarətdir, onlardan 4-ü haram aylardır, (haram ayların) 3-ü dalbadal gəlir: Zil-Qədə, Zil-Hiccə və Məhərrəm və Rəcəb ayı ki, Cumadə və Şaban ayının ortasında gəlir. (Buxari rəvayət etmişdir 2958).Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) deyib; "Ramazandan sonra ən fəzilətli oruc Allahın Məhərrəm ayındadır" (Mülim rəvayət etmişdir 1982).İbn Abbas (r.a) rəvayət edir ki; "Peyğəmbər (s.a.s) Mədinəyə gəldi və gördü ki, yəhudilər Aşura günü oruc tuturlar və dedi ki, bu nədi? Dedilər bu saleh bir gündür, bu gündə Allahu Təala İsrail oğullarını düşmənlərindən qurtardı və Musa bu gündə oruc tutdu. (Peyğəmbər) Dedi: Musaya haqqım sizdən də çoxdur. (Peyğəmbər həmin günü) Oruc tutdu və həmin günü oruc tutmağı əmr etdi."
Yuxarıdakə ayə və hədislərdən Məhərrəm ayının fəzilətini və müqəddəsliyini görə bilərik, xüsusilə də bu ayda olan Aşura günündə oruc tutmağın əhəmiyyətini. Bunlara aydınlıq gətirməzdən əvvəl qısaca olaraq Aşura günü haqqında məlumatı nəzərinizə çatdıraq və sonra bu gündə oruc tutmağın fəzilətləri haqqında yazaq.
Aşura günü nədir?
Aşura günü Məhərrəm ayının 10-cu günüdür.
Niyə bu gündə oruc tutulur?
Allahu Təala Musa peyğəmbəri (ə.s) və onun qövmünü Firondan qurtardığına görə şükr edərək bu gündə oruc tuturuq.
Bu gündə oruc tutmağın nə fəziləti var?
Əbi Qatədə (r.a) deyir ki; "Peyğəmbərdən (s.a.s) Aşura gününün orucu haqqında soruşdular. Dedi : Allahdan (bu orucla) bundan əvvəlki ilin günahlarını təmizləməsi mükafatını istəyirəm"
Necə oruc tutulur?
Ən yaxşısı bu Aşura günündən əvvəl bir gün oruc tutmaq, Aşura gününü tutmaq və ondan bir gün sonranı da tutmaq. Doqquzuncu və onuncu günü də tutmaq olar və yaxud ancaq Aşura gününü tək oruc tutmaq olar.
Bu münasibətlə oruc tutmağın nə kimi faydaları var?
Peyğəmbərimizin (s.a.s) etdiyi sünnəti davam etdirmək.
Bu gündə Musa (ə.s) oruc tutmuş, ondan sonra Peyğəmbərimiz (s.a.s) və sonra onun səhabələri oruc tutmuşlar.
Bu günün müqəddəsliyi və əzəmətliyi qədimdir. Yəhudilərə müxalif olmaq üçün bu gündə oruc tutmaqdan əlavə bir gün əvvə və bir gün sonra oruc tutmaq daha fəzilətlidir.
Bu ayı başqa ümmətlərin də qeyd etdiyini görərək bizə məlum olur ki, bizdən əvvəlki əsrlərdə yaşayan millətlər və qövmlər öz tarixlərini ayla hesablayırdılar, indiki miladi tarixiylə deyil.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar