beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhərrəm ayı və Aşura günü

"Şəhrullahi'l-Muharrəm" olaraq məşhur olan, yəni “Allahın ayı Muharrəm” olaraq bilinən Məhərrəm ayı, İlahi bərəkət və feyzin, Rəbbani ehsan və kərəmin coşduğu və bollaşdığı bir aydır.

Allahın ayı, günü və ili olmaz, ancaq Allahın rəhmətinə çatmağın vacib bir fürsət olduğu üçün Peyğəməbərimiz Hz. Muhamməd tərəfindən bu şəkildə ifadə olunmuşdur.
Aşura günü isə Məhərrəm ayının 10-cu günüdür. Aşura gününün Allah qatında xüsusi yeri vardır.
Hicri təqvimin ilk ayı olan Məhərrəm ayının 10-cu günü Aşura günüdür.Məhərrəm ayının digər aylar arasında xüsusi bir yeri olduğu kimi, Aşura günü də digər günlərdən daha mübarək və bərəkətlidir.
Bu günə "Aşura" deyilməsinin səbəbi, Məhərrəm ayının onuncu gününə təsadüf etdiyi üçündür.
Uca Allah, Hz. Musaya (a.s.) Aşura günü bir möcüzə ehsan etmiş, dənizi yararaq Firon və ordusunu sulara qərq etmişdir.
Beləliklə, mənalı və qüdsi hadisələrin il dönümü olan bu mübarək gün və gecə Müsəlmanların həyatında xüsusi yer tutmuşdur. Bu günlərdə müsəlmanlar ibadətə daha çox vaxt ayırmış, başqa günlərə nisbətdə daha çox xeyir işlər görməyə tələsmişlər. Çünki, Allahu Təalanın bu günlərdə edilən ibadətləri, edilən tövbələri qəbul edəcəyinə dair bir çox hədislər mövcuddur.
Aşura gününün ilk ibadəti orucdur. Məhərrəm ayı və Aşura günü, Əhli Kitab olan Xristian və Yəhudilər tərəfindən də müqəddəs sayılırdı.Həmçinin, Peyğəmbərimiz Aləyhissalatu Vəssəlam Mədinəyə hicrət etdikdən sonra orada yaşayan yəhudilərin oruc tutduqlarını öyrəndi.
"Bu nə orucudur?" deyə soruşdu.
Yəhudilər, "Bu gün Allahın Musanı düşmənlərindən qurtarıb, Fironu boğdurduğu gündür. Hz. Musa (a.s.) şükür olaraq bu gün oruc tutmuşdur" dedilər.
Buna görə Rəsulullah Aləyhissalatu Vəssəlam da, "Biz, Musanın sünnətini yerinə yetiməkdə sizdən daha çox yaxın və haqq sahibiyik" buyurdu və o gün oruc tutdu, tutulmasını da əmr etdi.
İslamdan əvvəl Cahiliyyət dövrü Ərəblər arasında İbrahim Aləyhissəlamdan bəri müqəddəs bir gün olaraq bilinir və oruc tutulurdu.
Bu xüsusda Həzrəti Aişə validəmiz belə buyurur:
"Aşura, Qureyş qəbiləsinin Cahiliyyət dövründə oruc tutduğu bir gündü. Rəsulullah da buna uyğun hərəkət edirdi. Mədinəyə hicrət edəndə bu orucu davam etdirmiş və başqalarına da əmr etmişdi. Fəqət Ramazan orucu fərz qılınanda özü Aşura günü oruc tutmadı. Bundan sonra müsəlmanlardan istəyən bu gündə oruc tutdu, istəyən tutmadı.(Buxari)
O zamanlar hələ Ramazan orucu fərz qılınmadığı üçün Peyğəmbərimiz və Səhabələri vacib olaraq o gün oruc tuturdu. Ramazan orucu fərz qılındıqdan sonra hər kəs bu işdə sərbəst oldu. "İstəyən tutar, istəyən tərk edə bilər" buyurdu. Beləcə, Aşura orucu sünnət bir oruc olaraq qaldı. Aşura orucunun fəziləti haqqında bu məalda hədislər zikr edilir.
Bir kəs Peyğəmbərimizə yanına gəldi və soruşdu:
"Ramazandan sonra nə vaxt oruc tutmağımı tövsiyə edirsiniz?”
Peyğəmbərimiz Aləyhissalatu Vəssəlam, "Məhərrəm ayında oruc tut. Çünki o, Allahın ayıdır
Yenə Tirmizidə də keçən bir hədisdə Peyğəmbərimiz belə buyurmuşdur:
"Aşura Günündə tutulan orucun Allah qatında, o gündən əvvəl bir ilin günahlarına kəffarə olacağına qüvvətlə ümid edirəm."
"Ramazan ayından sonra ən fəzilətli oruc, Allahın ayı olan Məhərrəm ayında tutulan orucdur” hədisi şərifi isə, bu günlərdə tutulan orucun fəzilətini ifadə edir.
Bu hədisin açıqlamasında İmam Qəzəli, "Məhərrəm ayı Hicri ilin başlanğıcıdır. Belə bir ili oruc kimi xeyirli bir təməl üstündə qurmaq daha gözəl olar. Bərəkətinin davamına da daha çox ümid edilir" buyurmuşdur.
Yəhudilərə bənzəməmək, orucu tam Aşura Gününə tuş gətirməmək üçün, Məhərrəmin doqquzuncu, onuncu və on birinci günlərində oruc tutulması tövsiyə edilmişdir.
Bu mənadakı bir hədisi İbn Abbas rivayət edir. Bunun üçün, müstəhəb olan, aşura günü, aşura günündən bir gün əvvəl və ya bir gün sonra oruc tutmaqtır.
Aşura gününün bu fəziləti yanında Kərbəla faciəsinin də yeri görünür. Məhərrəm ayının 10-cu günü Peyğəmbərimizin nəvəsi Xəlifə Həzrəti İmam Əlinin oğlu Həzrəti İmam Hüseyn (r.a.) 55 yaşında Kərbəlada şəhid edilmişdir.


Tarix: 12.04.2013 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 457 Bölmə: Maraqlı melumatlar