Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İRADƏNİ GÜCLƏNDİRMƏYİN YOLLARI

Zəif iradə və onun nişanələri

İradəni gücləndirməyin yollarından bəhs etməmişdən əvvəl zəif iradəni tanıyaq. Sonra da onu gücləndirmək yollarına nəzər salaq. Zəif iradənin nişanərlərindən biri də həmişə işlərini təxirə salmaqdır. Həmişə deyərlər ki, şənbə filan işə başlayacağam. Ancaq bunun hansı şənbə olacağını Allah bilir.

Zəif iradənin başqa nişanələrindən biri də odur ki, yerində qərar qəbul edə bilmir. Həmişə qərarını ikrahla bəyan edir. Bir işi görüb, görməməkdəki nəzəri 50-nin 50-yədir. Qərar qəbul etməzdən əvvəl başqalarına nəzər salar. Əgər onun qərarı ilə razı olanların sayı müxaliflərin sayından çox olarsa, həmin işi görəcəkdir. Əksinə olarsa, onu yerinə yetirər.

Başqa nişanələrdən biri də zəif iradəli insanın daima başqalarının təsiri altına düşməsidir. Özləri bir qərar çıxara bilmirlər.

Bu nişanələr həmişə bir insanda cəmlənməyə də bilər. Bu nişanələrdən ikisi bir insanda olarsa, deməli həmin insanın iradəsi çox zəifdir.

Zəif iradənin başqa nişanələrindən biri də həmin insanların hövsələsiz olmasıdır. Məsələn, bir işi başlatmaq istəyəndə həmin iş bir qədər qarışıq olarsa, səbir etməz. Həmin işin qarışıqlığını həll etməyə səbri çatmaz. Tez bir zamanda əsəbi olar. Ola bilsin ki, həmin işi həmişəlik tərk etsin.

O insanların ki, iradəsi zəifdir, fikirləri ilə əməlləri bir-biri ilə uyğun gəlməz. Fikirləri daima idealdır, ancaq həqiqətlə üzləşəndə fikirlərini əmələ çevirə bilmirlər. Bu cür insanlar gecə yata bilməyəndə və ya çoxlu çay və qəhvə içəndə sabahısı günü edəcəkləri işləri qeyd etməyə başlayarlar. Yazdıqları çox nizamlı bir proqramdır, ancaq həyata keçərsə böyük dəyişikliklər baş verər. Məsələn, evin dekorasiyasında bir dəyişiklik, konkursa qəbul olmaq üçün proqram. Xülasə bu fikirlər əməli olarsa, nə olar? İndi səhər açılıb. Gecə o qədər proqram quran bu insan yuxudan ayılır. Gecə qurduğu proqrama görə səkkizin yarısı yuxandan durmağı əvəzinə doqquzun yarısı durur. Elə bu onun üçün bəhanəyə çevrilir ki, proqramın icrasına sabahdan başlasın. Sabah da başqa bir bəhanə. Xülasə günlər keçir, ancaq həmin proqram tezliklə yaddan çıxır. Ona görə də iradəsiz insan olduğu yerdə də qalır.

İradəsiz insanlar icazə verirlər ki, həyatı təsadüflər üzərində irəliləsin. Həyatlarında olan hər bir şəraitlə razılaşar və ona təslim olarlar. Əgər biz iradəmizi elə tərbiyə etsək ki, fikirləşdiyimiz şeylərin hamısını əməli edə bilərik, o cür də olacaqdır. Ancaq çox təəsüf ki, bəzilərinin iradələri bu cür deyildir. Ancaq naümid olmaq lazım deyildir. Çünki iradəni gücləndirməyin yolları vardır, onları öyrənərək, iradəmizi gücləndirə bilərik.

Özünə inam yaratmağın yolları

Özümüzə inam yaratmağın yollarından biri də müvəffəqiyyət qazanmayan insanların tövsiyələrinə qulaq asmamaqdır. Nəsihət almaq üçün dəfələrlə dostumun və ya qonşumun yanına getmişdim, halbuki, onun vəziyyəti məndən də pis idi. İradəsi zəif insanlar elə insanların sorağına gedərlər ki, onların yanında rahatlıq tapırlar. Ancaq bu insanlar onların məsələsini həll edən insanlar deyildirlər. Ən yaxşı yol müəllimə və ya alimə müraciət etməkdir. Ya da elə insanlardan nümunə götürmək lazımdır ki. həyatda həqiqi müvəffəqiyyət qazanıblar.

İradəni gücləndirməyin başqa yollarından biri də işləri hissələrə bölməkdir. Yəni həmin proqram qurmaq. Əgər bu işi hissələrə bölmək mümkün deyildirsə, müvəffəqiyyətə çatmağımız bizim üçün şübhəli qalır və bizi yorur. İşi hissələrə bölməkdə mühüm nöqtə odur ki, azdan başlamaq lazımdır. Yəni yüngül hesab etdiyimiz işdən başlamaq lazımdır. Yavaş-yavaş artırarıq. Məsələn, kimsə idmana başlamaq istəsə, əvvəl-əvvəl yarım saat idman etməlidir. Birdən birə 3 saat idman etmək olmaz. Çünki bu onun üçün ağır olar. Məsələn bir insanın 25 kiloqram əlavə çəkisi vardır, əgər hər gün fikirləşsə ki, bu 25 kq-dan azad olmalıdır, iradəsi zəifləyəcəkdir. Məsələn bu cür fikirləşə bilər ki, bu ay dörd, beş kq arıqlaya bilərəm.

Orucun iradə gücləndirilməsindəki rolu

Mehriban Allah sonsuz lütfü ilə mübarək Ramazan ayını dərk etməyimiz üçün bizə fürsət vermişdir. Peyğəmbəri Əkrəm (s) bu haqda buyurur: “Əgər bəndə Ramazan ayının dəyərini bilsəydi, ilin hər ayının Ramazan olmasını arzulayardı”.

Hər kim əgər bu mübarək ay haqqında fikirləşərsə, məsələn biri orucun cismə təsirini fikirləşər, o birisi ruha təsirini fikirləşər. Bu insanlar Ramazan ayından daha çox bəhrələnərlər. Çünki onlar orucun cismə və ruha təsirindən başqa bu İlahi vacibatın tərbiyəvi roluna da diqqət edərlər və bu insanlar həqiqi elm sahibləridir.

O kəs ki, oruc tutar - yemək və içməkdən imtina edər. Düzdür ki, oruc təkcə bu deyildir, bir çox istəklər vardır ki, oruc olan insan ondan imtina etməlidir. Həqiqətdə oruc insan nəfsi ilə vuruşar, istəklərinə müqavimət göstərər. Bu proqramı on iki ayın birində yerinə yetirirsən. Bu təkrar həqiqətdə iradəni və qərar çıxartmaq qüdrətini gücləndirər. Oruc tutmaq bir növ təmrindir ki, iradəni gücləndirər. Bu təmrin çətinlikləri asan edər. Oruc tutan insan vaxtın dəyərini bilir və nizamla hərəkət edir. Ola bilsin ki, fikirləşək ki, vaxtın dəyərini bilmək bizə Qərbi xatırladır. Halbuki vaxtın qədrini bilmək və onu tənzimləmək İslam təlimlərindən bizə çatmışdır. Demək olar ki, hamı Əmirəl-mömininin (ə) İmam Həsənə (ə) etdiyi vəsiyyəti eşitmişdir: “Sizə işinizdə nəzm və təqvanı tövsiyə edirəm”.

Əslində bütün İslami vacibatlar vaxtında yerinə yetirilməlidir. Məsələn həcc və ya gündəlik beş namaz. Ramazan ayı başlayanda oruc tutmalı və Şəvval ayının ilk ayını görəndə tutmamalıdır. Bu elə bir nizamdır ki, ondan boyun qaçırtmaq olmaz. Bu da iradəni gücləndirməyin yollarından biridir.

Beləliklə, həyatda müvəffəqiyyət qazanmaq üçün iradəmiz və qərar çıxartmaq qüdrətimiz güclü olmalıdır. Başqalarından asılı olmalı deyilik. Ona görə də iradəmizi gücləndirməliyik. Axı biz həqiqi müsəlman olmaq istəyirik.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 184 Bölmə: Maraqlı melumatlar
loading...