beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QEYBƏTIN HÖKMÜ

Qeybət bütünlüklə haram olan böyük günahlardandır. Cəmiyyət tərəfindən xoşlanmayan bir çirkin iş olduğu kimi, hər bir müsəlmana yaraşmayan hərəkətdir.
Islam qeybəti ciddi şəkildə qadağan etdi və haram buyurdu. Çünki, bunda qardaşlıq əlaqələrini qırmaq, dostluq və məhəbbəti məhv etmək, düşmənçilik və eyblərin üzə çıxması təhlükəsi vardır. Buna görə Allah Sübhanəhu Təala bu əmələ nifrət etdirmək üçün Qurani-Kərimdə qeybət edəni öz ölü qardaşının ətini yeyənə bənzətmişdir:- «Ey iman gətirənlər! Çox zənnə –gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin sirrini arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir»! (əl-Hucrat,12)
Ibn Kəsir və imam Qurtubi bu ayənin təfsirini izah edərək «Qeybət, alimlərin ittifaqı ilə haramdır» demişlər.
Aişə (Allah ondan razı olsun) belə rəvayət etmişdir: «Rəsulullaha (s.ə.v) Səfiyyanın qısa boylu olduğunu başa salmaq üçün əllə onun əlamətlərini göstərdim». O da, «Ey Aişə, Sən elə bir kəlmə dedin ki, dəniz suyuna qarışdırılsa ona qələbə çalar və onu bərbad edər» dedi (Səhihdir, Əbu Davud).


Tarix: 18.04.2013 / 14:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Maraqlı melumatlar