beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini Hekaye...

Bir gün sübh namazı vaxtı Hezret Eli (e.) mescide gederken yolda bir ahıl kişiye rast gelir. Onun ağsaqqallığına hörmet edib, qarşısına keçmir ve yavaş-yavaş ardınca gedir. Mescid qapısına çatanda yaşlı kişi mescide girmeyib, yoluna davam edir.

Sonradan Hezreti Eli onun xristian olduğunu başa düşür. Mescide girende Peyğemberi (s.a.a.v.) rukuda görür. Güneşin çıxma vaxtı yaxınlaşmışdı. Hezreti Eli (e.) camaata qoşulub namaz qılır.Namazdan sonra sehabeler Peyğemberden soruşurlar:
- "Ya Peyğember! Birinci rukuda adetinizden daha çox qaldınız. O qeder durdunuz ki, hetta güneşin doğmağına az qalmışdı. Lütf edib, sebebini deye bilersinizmi?"
Hezreti Mehemmed Peyğemberimiz (s) :
- "Her zaman olduğu kimi Semi'allahülimen hemideh deyib, rukudan qalxmaq isteyende, Cebrayıl (e.) peyda olub qanadı ile küreyimden basıb, başı ile başımı tutub qalxmağıma mane oldu. Bundan başqa hikmetinin ne olduğunu men de bilmirem" - buyurdu.

O an Allah Teala Cebrayıla (e.) emr edir ki, "Hebibime yetiş, sebebini bildir. Eshabına bu sirri açsın." O saat Hz.Cebrayıl (e.) Hebibullahın (s.a.a.v.) hüzuruna gelib, xeber verdi ki:
-"Ya Resulallah! Mübarek başınızı rukudan qaldırmaq istediyiniz zaman Allah Teala mene emr etdi ki, yetiş, Hebibimi qoyma rukudan qalxsın. Menim qulum Eli yolda bir ağsaqqalın saqqalına hörmet edib yavaş yeridiyi üçün camaat namazının savabından mehrum olur. Qalmasın. Hebibime çatsın. Men de geldim, Sultanımı rukuda tutdum, Eli (e.) geldi. Allah Teala meni sizi rukuda tutmağa gönderdiyi zaman, qardaşım İsrafili de güneşi tutmağa gönderdi ki, Hz.Eli size çatana qeder çıxmasın. Budur hikmet."


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 380 Bölmə: Maraqlı melumatlar