beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Doğruluq

İslam əxlaqının mərkəzi dəyərlərindən biri olan doğruluq,insanın daxili və xaricinin,özü ilə sözünün bir olması deməkdir.İnsanın söylədikləriylə əməlləri arasındakı ahəngin adı,qısaca,doğruluqdur.Uca Allah “Hud” surəsində belə buyurur:
“(Ya Rəsulum!)Sənə əmr edildiyi kimi,düz (yolda) ol.Səninlə birlikdə iman gətirənlər(tövbə edib ardınca gedənlər)də düz (yolda)olsunlar.(Allahın əmrlərini pozub)həddi aşmayın,çünki O sizin nə etdiklərinizi görəndir” (“Hud”surəsi,112-ci ayə)
“Əhqaf” surəsinin 13-cü ayəsində buyurulur:
“Şübhəsiz: “Rəbbimiz Allahdır!”-deyənlərin,sonra da(sözünün üstündə) möhkəm duranların(qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər!” (“Əhqaf”surəsi,13-cü ayə)
Doğruluq,insanın ya olduğu kimi görünməsi,ya da göründüyü kimi olması halıdır.Gözəl əxlaq sahibi insanın ayırdedici bir keyfiyyətidir.
Sözləri ilə əməlləri arasında uyğunluq olmayan insanlar Quranda bu şəkildə xəbərdar edilirlər:
“Ey iman gətirənlər!Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.”(“Əs-saff”surəsi,2 və 3-cü ayələr)
İslam dini haqqında özünə doyurucu bir nəsihət etməsini istəyən şəxsə,Peyğəmbərimizin(s) verdiyi cavab son dərəcə mənalıdır: “Allaha inandım- de və düz ol”
Göründüyü kimi doğru olmaq,Allaha imandan sonra insanın həyata keçirməsi lazım olan ilk dini və əxlaqi vəzifəsidir.
Doğruluq insan olmanın tələb etdiyi yaşayış halıdır.İnsan,hər hansı bir faydası olur deyə deyil,sırf insan olmanın gərəyi olduğu üçün doğru olmalıdır.Ancaq,sonunda,doğru insanların cənnət kimi dini bir mükafatı da vardır.
Görünüşdə hər kəs doğru görünməyə çalışır.Ancaq insanın necə göründüyü deyil,necə olduğu əhəmiyyətlidir.İnsanların həqiqətən doğru olub-olmadıqları isə,daha çox ticari alış-verişlərdə ortaya çıxar.Ticari həyatda doğru ölçü və tərəzi istifadə etmək əhəmiyyətlidir.Ölçü və tərəzidə doğruluqdan ayrılanları Uca Allah belə xəbərdar edir:
“Vay halına çəkidə və ölçüdə aldadanların!O kəslər ki,özləri insanlardan aldıqları zaman onu tam ölçüb alar,onlar üçün ölçdükdə və ya çəkdikdə isə əskildərlər.Məgər onlar diriləcəklərini düşünmürlərmi?!Özü də dəhşətli bir gündə.O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar”(“Mutəffifin”surəsi,1-6-cı ayələr)
Hər əxlaqi fəzilət kimi doğruluq da,ancaq girilən bir əlaqədə ortaya çıxar.Bəşəri əlaqələrində doğru davranmayan insanlar yalançı,saxtakar və ya ikiüzlü kimi sifətlərlə xarakterizə edilir.
İnsanın Allah ilə olduğu münasibətdə doğru olmaması halının adı isə aravurandır.Ara vuran bəlli prinsiplərə inanmadığı halda,bilə-bilə olaraq inanan kimi görünən bir adamdır.Bu insan doğru deyildir,ikiüzlüdür.
Ara vuranı müəyyən edən üç xüsusiyyət vardır: Danışığında yalan söylər,verdiyi sözdə durmaz,ona etibar edildiyinə xayanət edər.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 142 Bölmə: Maraqlı melumatlar