beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəlzələlər ilə bağlı nəsihətim

Zəlzələlər ilə bağlı nəsihətim

Həmd Allaha məxsusdur. Salavat və salam Allahın rəsuluna sallallahu aleyhi və səlləm, onun ailəsinə və səhabələrinə, onun yolu ilə hidayət olunanlara olsun: Və sonra:
Həqiqətən də Allah subhanahu və təala qoyduğu qanunlar və əmr etdiyi məsələlərdə Hikmət sahibi və Alim olduğu kimi, həmçinin də qəza və qədərində hikmət Sahibi və Alimdir. Subhanahu təala ayələrindən istədiyini yaradır. Allah təala bu ayələrlə qullarını qorxudur, Öz haqqından (ona ibadəti) onlara vacib olanı yadlarına salır, şirkdən çəkindirir, Onun əmrinə qarşı gəlməkdən, qadağanları işləməkdən çəkindirir. Allah təala buyurur: «Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!» . (Fussilət, 53) . Allah təala buyurur: «De: Allah başınızın üstündən və ayaqlarından altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!» . (Ənam, 65) .

Buxari səhihində Cəbir ibn Abdullahdan radiyallahu anhumədən gələn hədisdə Rəsulullahın sallallahu aleyhi və səlləm belə dediyini rəvayət etmişdir: «De: Allah başınızın üstündən » ayəsi nazil olanda Rəsulullah sallallahu aleyhi və səlləm dedi: «Sənin vəchinə sığınıram». Dedi: və ya «ayaqlarınızın altından» ayəsi nazil olanda Rəsulullah sallallahu aleyhi və səlləm dedi: «Sənin vəchinə sığınıram» . Həmçinin əbu Şeyx İsbəhəni Mucahiddən « De: Allah başınızın üstündən » ayəsinin təfsirinin [bulud, və daş və külək], « ayaqlarınızın altından » ayəsinin təfsirinin isə [zəlillik, titrəyiş] olduğunu rəvayət etmişdir.
Şübhə yoxdur ki, bu günlərdə dünyanın bir çox yerlərində baş verən zəlzələlər Allah təalanın qullarını qorxutduğu ayələrdəndir. İnsanların zərər çəkdikləri və cürbəcür əzab əziyyətlərə səbəb olan baş verməkdə olan zəlzələrin hamısının səbəbi Allah təalaya şərik qoşmaq və asilikdir. Allah təala buyurur: «Sizə üz verən hər hansı bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər» . (Şuara, 30) . Allah təala keçmiş ümmətlərdən xəbər verərək buyurur: «Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına görə cəza verdik) . Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli (tükürpədici) səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər ». (Ənkəbut, 40) .
Müsəlmanlar və digər insanlardan bütün mükəlləflərə vacib olan Allah təalaya tövbə etmək, dində istiqamət üzrə olmaq, şirk və asiliklə bağlı bütün qadağanlardan çəkinmək düşür ki, hətta bu dünya və axirətdə bütün şərlərdən nicat tapsınlar və Allah təala bu bəlaları onlardan sovuşdursun və onlarar bütün xeyir qapılarını açsın. Allah təala buyurur: «Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq) . Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik». (Əraf, 96) . Allah təala əhli kitab haqqında buyurur: «Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (ilahi kitabların sonuncusu olan Qurana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin nemətlərindən) yeyərdilər» . (Maidə, 66) . Allah təala buyurur: «Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi? Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi? Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-nemət içində yaşadıqları halda qəflətən onlara əzab göndərilməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) » dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!» . (Əraf, 97) .
Alləmə ibn Qeyyyim rahiməhullah bu ayə haqqında buyurur: [ Allah subhanahu və təala bəzi zamanlar yerə tənəffüs etməyə icazə verir ki, bununla böyük zəlzələlər baş verir. Bunun səbəbilə qullarda qorxu vahimə, Allaha tövbə etmək, asilikdən əl çəkmə, Allah tərəf yönəlmə, həmçinin bəzi sələflərin dediyi kimi peşmançılıq yaradır.] Artıq yer silkələnmişdir.
Ömər ibnul Xattab radiyallahu anhu deyir: Mədinədə zəlzələ oldu. İnsanları toplayıb onlara xütbə və moizə verdi və dedi: Əgər bir daha təkrarlansa, sizi buradan çıxardacam . Rahiməhullahın sözü qurtardı. Sələfdən bu barədə əsərlər çoxdur.
Zəlzələlər və digər Allahın ayələri, günəş tutulması, şiddətli külək, daşqınlar zamanı Allaha tövbə etməyə tələsmək, Ona yalvarmaq və afiyət olmasını diləmək vacibdir. Həmçinin zikirləri və bağışlanma istəməni çoxaltmaq lazımdır. Rəsulullah sallallahu aleyhi və səlləm günəş tutulanda belə deyərdi: Onu gördüyünüz zaman Allahı zikr etməyə , Ona dua etməyə, Ondan bağışlanma diləməyə tələsin . Həmçinin Rəsulullahın sallallahu aleyhi və səlləm dediyi kimi fəqirlərə, miskinlərə rəhm etmək və onlara sədəqə vermək lazımdır. Rəsulullah sallallahu aleyhi və səlləm buyurur: Rəhm edin ki, rəhm olunasınız. Rəhm edənlərə Rəhman rəhm edər. Yerdəkilərə rəhm edin ki, səmada olan da sizə rəhm etsin . Həmçinin sallallahu aleyhi və səlləm buyurur: Rəhm etməyənə rəhm olunmaz .
Bütün pisliklərdən salamat qalmaq və afiyətə qovuşmağın səbəblərindən bəzilər də, əmir sahiblərinin avam insanların əllərindən tutaraq haqqa yönəltmələri, onlara şəirətlə hökm etmələri, yaxşılığı əmr edib pislikdən çəkindirməkləri həmçinin pis işləri qadağan etmələridir. Allah təala buyurur: «Mömin kişilərlə mömin qadınlar bir-birininə dostdurlar (hayandırlar) . Onlar (insanlara) yaxşı işlər görməyi əmr edir, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!» . (Tövbə, 71) .
Allah təalal buyurur: «Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək) , namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işləri sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir) » . (Həcc, 40-41) . Allah subhanahu təala buyurur: «Kim Allahdan qorxsa, Allah ona (hər çəinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə , (Allah) ona kifayət edər» . (Talaq, 2-3) . Bu mənada ayələr çoxdur. Rəsululallah sallallahu aleyhi və səlləm buyurur: Kim qardaşının ehtiyacını ödəyərsə Allah da onun ehtiyacını ödəyər. Səhih. Həmçinin Rəsulullah sallallahu aleyhi və səlləm buyurur: Kim mömin qardaşından dünya sıxıntılarından bir sıxıntısını aradan qaldırarsa, Allah təala da onun qiyamət günü sıxıntılarından bir sıxıntısını aradan qaldırar. Kim darda qalanı sevindirərsə, Allah təala da onu dünya və axirətdə sevindirər. Kim müsəlmanın eybini gizləyərsə, Allah təala da onun eyblərini dünya və axirətdə örtər. Qul (müsəlman) qardaşının köməyində olduqca Allah da onun köməyində olar . (Müslim, Səhih ). Bu mənada hədislər çoxdur.
Bütün müsəlmanların işlərinin islah edən, dinlərində onlara (anlayış) bəxş edən, onların istiqamətli olmalarına müvəffəq edən duaları qəbul edən şübhəsiz ki Allahdır. Allah subhanahu və təaladan bütün günahlarınız üçün tövbə edin. Allah Azzə və Cəllədən bütün müsəlmanların əmirlərinin islah olunmasını, onların haqqa kömək göstərmələrini, batili məhv etmələrini, insanlar arasında Şəriət ilə hökm etmələri üçün Allah təalanın onları müvəffəq etməsini, azdırıcı fitnələrdən uzaq etmələrini, şeytanın hilələrindən qorumasını diləyirəm. Allah təala buna vəlidir və qadirdir. Sonda Allahın salam və salavatı peyğəmbərimiz Muhəmmədə sallallahu aleyhi və səlləm, onun pak ailəsinə və səhabələrinə, qiyamətə qədər onlara yaxşı işlərdə tabe olanların üzərinə olsun.


Tarix: 17.04.2013 / 12:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 280 Bölmə: Maraqlı melumatlar