beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üç xurma

Bir qadın Aişənin (Allah ondan razı olsun) yanına gəlmişdi. Aişə (Allah ondan razı olsun) ona üç dənə xurma verdi. Qadın körpələrinin hərəsinə bir xurma verdi. Birini də özünə saxladı. Körpələr xurmaları yedikdən sonra analarının üzünə baxdılar. Anaları saxladığı xurmanı iki yerə bölüb hər birinə xurmanın bir yarısını verdi. Bu hadisə Həzrəti Aişənin (r.a.) diqqətini cəlb etdi. Çox ehtimal ki, qadın ac idi. Amma uşaqlarını nəfsindən üstün tutmuşdu. Evdə başqa xurma yox idi ki,qadına versin. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) gəldikdə Aişə (r.a) ona bu haqda xəbər verdi.

Rəsulullah dedi: "Səni təəccübləndirən nədir? O, körpələrinə rəhm etdiyinə görə Allah da ona rəhm etdi”.


Tarix: 09.05.2013 / 12:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar