beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Haqq çoxluqdadırmı?

Bəzən eşidirik: əgər spirtli içki pisdirsə,
nə üçün dünyada böyük əksəriyyət
ondan istifadə edir?
«Maidə» surəsinin 100-cü ayəsində
Allah-təala buyurur: «Ya peyğəmbər, de
ki, murdar şeyin çoxluğu səni heyrətə gətirsə belə, murdarla pak bir ola
bilməz».
Bəşər tarixi boyu mübahisəsiz qəbul
olunan məsələlərdən biri də, kəmiyyət
və keyfiyyət anlayışlarının bir-birindən
asılı olmamasıdır. Bununla belə, cahil insanlar öz batil fikirini sübuta yetirmək
üçün çoxluğu dəlil gətirir. Bu nadan
dəstənin fikirincə, əgər çoxluq spirtli
içki içərsə, demək spirtli içkilər pis deyil
və sən də içə bilərsən; əgər əksəriyyət
faizlə pul götürüb, faizlə pul verirsə, demək sələm pis deyil və sən də sələmçi
ola bilərsən və s. Hansı ki, çoxluğun
rəyinə tabe olub, həqiqətdən yan
keçmək münafiqlərə məxsus sifətdir.
Kor-koranə çoxluğa tabeçilik, batilə
haqq donu geyindirir və həqiqət unudulur. Bəşəriyyətin bədbəxtçiliklər
inin əsas səbəblərindən biri də, məhz
bu düşüncə tərzidir. «Ənam» surəsinin
116-cı ayəsində oxuyuruq: «Əgər sən
yer üzündə olanların əksəriyyətinə itaət
etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və
ancaq yalan danışarlar».


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Maraqlı melumatlar